/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerikanin irana qarşı yeni atdımları fars rejimini qorxuya salır
ترامپ عملا کابینه جنگی تشکیل داد ایرانی‌‌ها در ترس احتمال جنگ و هراس تجزیه ایران

Amerikanin irana qarşı yeni atdımları fars rejimini qorxuya salır

OğuzTV: Amerika prezidenti Donald Tramp oktyabrın 13-də İranla bağlı yeni strategiyasını açıqlayıb. O deyib ki, Amerika İranın nüvə sazişə sadiq qaldığını təsdiqləyə bilmir: “Bu sazişdə məqsəd, bölgədə və dünyada sülh və sabitliyin bərqərar olunmasına yardım etmək idi. Lakin bu belə olmadı və həmin anlaşmadan sonra Tehran, regiondakı pozucu və dağıdıcı fəaliyyətini daha da gücləndirdi. Bu razılaşma İrana imkan verir ki, əvvəlki təxribatçı fəaliyyətini davam etdirsin. Bu isə bizim üçün qəbuledilməzdir. Biz, İranın atom silahı istehsal etməsinə aparan bütün yolları bağlayacaq, Tehranın nüvə silahına yiyələnməsinə heç vaxt imkan verməyəcəyik”.

Amerika Dövlət Departamentinin sözçüsü Heather Nauert oktyabrın 31-də jurnalistlərə açıqlamasında İranın ballistik raketlərindənə toxunaraq “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfərinin Amerikanı raketlərlə təhdid etməsinə reaksiya verib.

Image result for Heather NauertXanım Nauertin açıqlaması, Cəfərinin Amerikanı İran raketləri ilə təhdid etməsindən bir neçə saat sonraya təsadüf edib.O bildirib ki, 2 min kilometrlik bir məsafəni qət edən İran raketləri, regionda Amerika və onun müttəfiqlərinin mənafeyini təhdid edir: “Hesab edirik ki, İran raketlərinin qət etdiyi bu məsafə olduqca çoxdur. Bu isə sözsüz ki, bizdən başqa, müttəfiqimiz olan digər ölkələrin də hədəfə alınması deməkdir. Hamı, o cümlədən də bizim bölgədəki müttəfiqlərimiz yaxşı bilir ki, İranın ballistik raketləri təkcə bizə yox, həm də regionda müttəfiqimiz olan bir çox ərəb ölkələrinə qarşı ciddi bir təhdiddir. Bu isə qəbuledilməzdir.

 

 

İran rejiminin qulldur nizami qolu olan İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı Məhəmmədəli Cəfəri, oktyabrın 31-də jurnalistlərə açıqlamasında ölkə raketlərinin gücündən və onların qət edə bildiyi maksimum məsafədən danışıb.

Image result for mahmad ali jafari Məhəmmədəli Cəfəri, oktyabrın 31-də jurnalistlərə açıqlamasında ölkə raketlərinin gücündən və onların qət edə bildiyi maksimum məsafədən danışıb: “Ölkənin dini liderinin göstərişinə əsasən, qərara almışıq ki, raketlrimiz ən azı 2 min kilometrlik məsafəni qət edə bilsin. Hesab edirik ki, raketlərimizin bu qədər məsafəni qət edə bilməsi, hələlik  bizim üçün kifayətdir. Çünki amerikalılar ölkəmizdən 2 min kilometr aralıdadır və biz hücuma məruz qaldığımız hər bir zaman onlara layiqli cavab verə biləcəyik”.

Cəfəri deyib ki, fars rejiminin diktator başə olan Əli Xamneyinin göstərişinə əsasən, hazırda ölkədə istehsal edilən raketlərin qət edə bildiyi məsafə 2 min kilometr təyin edilib: “ Qərara almışıq ki, raketlrimiz ən azı 2 min kilometrlik məsafəni qət edə bilsin. Hesab edirik ki, raketlərimizin bu qədər məsafəni qət edə bilməsi, hələlik  bizim üçün kifayətdir. Çünki amerikalılar ölkəmizdən 2 min kilometr aralıdadır və biz hücuma məruz qaldığımız hər bir zaman onlara layiqli cavab verə biləcəyik”.

“Sepah”ın baş komandanı oktyabrın 8-də Tehranda keçirilən “Sepah” strategiyası şurası”nın iclasında çıxış edərək Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.

Vaşinqtonun “Sepah”ı terrorçu qruplar siyahısına salmaq ehtimalına və ona qarşı tətbiq edəcəyi mümkün sanksiyalara toxunan Cəfəri Amerikanı təhdid etmişdi: “Əgər Amerika hökumətinin “Sepah”ı terrorçu qruplar siyahısına daxil etmək istəməsi barədə yayılan məlumatlar düz olsa, “Sepah” da dünyanın istənilən yerində, o cümlədən də Orta Şərqdə Amerika ordusuna İŞİD-ə bənzər bir qüvvə kimi baxacaq.

Fars rejiminin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri oktyabrın 30-da milli müdafiə mövzusu ilə bağlı Tehranda keçirilən bir toplantıda çıxış edərək Amerikanın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalarından və nüvə sazişindən danışıb.

Related image 

Baqiri deyib ki, Amerika hökumətinin son vaxtlar İranla bağlı yeni strategiyasını irəli sürməkdə məqsədi, islam respublikasını devirməkdir: “Amerika rəsmiləri özlərinin bu niyyətini açıq-aşkar dilə gətirir, bu haqda tez-tez bəyanatlar səsləndirirlər. Bu isə qəbuledilməzdir. Əgər hər hansı bir bəhanə ilə ölkəmizə qarşı tətbiq edilən əvvəlki sanksiyalar yenidən bərpa edilsə, bizim nüvə sazişindən çıxmağımız artıq qətiləşəcək. Hesab edirik ki, yeganə niyyəti və hədəfi yalnız bizi devirmək olan şəxslə müzakirə aparmaq mənasızdür. Daha doğrusu belə bir şəxs danışıqlara layiq deyil”. 

Öz çıxışında “Sepah”ın regionda və dünyada terrorçu qruplaşmalara dəstəyinə toxunan ABŞ prezidenti bildirib ki, o, “Sepah”a əlavə sanksiyalar qoyulması üçün ABŞ Maliyyə Nazirliyinə göstəriş verib: “Biz İran rejiminin ən böyük qurbanı sayılan İran millətinin yanındayıq və onlara dəstək veririk. İranın təcavüzkar diktator rejiminin, o cümlədən də “Sepah”ın terrorçu və zorakı fəaliyyəti təkcə amerikalıları hədəfə almayıb. İrandakı tələbələr və dinc etirazçılar da bu rejimin qurbanlarına çevrilərək zorakılıqlara, edama və repressiyalara məruz qoyulub. “Sepah”, gəmilərimizin Ərəb körfəzində və bölgənin digər sularında sərbəst hərəkətinə təhlükələr yaradır. “Sepah”, bütün dünyada terrorizmə dəstək verən ən fasid qurumdur”.

 

 

 

Comments,Baxışınız
oguz gif telegram