/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Anlaşma pozulur: Türkiyə İraqa girməyə hazırlaşır
ABŞ-ın hazırladığı qrup türk ordusu ilə savaşa yollandı آزربایجان تورکونون اوجا سئسی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

Anlaşma pozulur: Türkiyə İraqa girməyə hazırlaşır

OğuzTV:Bərzaninin referendum qərarına görə türkmanlar, ərəblər və hətta bəzi kürdlər belə Türkiyədən hansısa addım atılmasını gözləyirlər.

 
OğuzTVxəbər verir ki, bunu “Yeni Şəfəq” qəzetinə açıqlamasında Türkiyənin keçmiş prezidenti Abdulla Gülün keçmiş müşaviri Ərşad Hörmüzlü söyləyib.
 
“Onlar eyni addımı İran və Bağdaddan da gözləyirlər. Bölgədə bu üç dövlət birgə hərəkət etmək məcburiyyətindədirlər. Türkiyədən Bərzanini fikrindən daşınması üçün addımlar atmağı gözlənilir. Bərzani hökumətinə İraq artıq öz qapılarını bağlayıb. Türkiyə və İran da qapılarını bağlayarsa, Bərzaninin iqtisadiyyatına ağır zərbə vurulacaq. Şimali İraq Türkiyəyə möhtacdır. Əgər kürdlər müstəqillik qazansa, o zaman İraq 1926-cı il Ankara anlaşmasına əməl etməmiş olacaq. Bu razılaşma o zaman yenidən gündəmə gələcək”, – deyə o bildirib.
 
Qeyd edək ki, Ankara anlaşması Türkiyə, İraq və İngiltərə arasında imzalanıb. Bu razılaşma sayəsində Türkiyə-İraq sərhədi tam rəsmiləşib. Anlaşmaya əsasən İraqın şimalında hansısa dövlət qurulsa, razılaşma ləğv ediləcək və Mosulla Kərkük daxil olmaqla İraqın şimalı Ankaranın idarəsinə keçəcək.
Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture