/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Barzani: Bağımsızlıq üçün referandum keçirəcəyiq

Barzani: Bağımsızlıq üçün referandum keçirəcəyiq

Oğuz TV: İraq Kürd Bölgəsəl Yönətimi (IKBY) Başçısı Məsud Barzani, yaxın bir zamanda bağımsızlıq referandumu keçirəcəklərini söylədi.

Oğuz TV nin əldə etdiyi bilgiyə görə, Barzani, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibi Antonio Guterres başçılıq etdiyi nümayəndə heyəti Ərbil şəhərindəki prezident iqamətgahında qəbul edib.

Görüşdə Guterres və Barzani, uluslararası cəmiyyətin IKBY dəki daxili köçkün və qaçqınlar üçün verməsi lazım olan humanitar yardım, terror təşkilatı DAEŞ sonrası İraqın problemlərinin həlli və IKBY nin müqəddəratını təyin edəcək “müstəqillik referendumunu” müzakirə edib.

Barzaninin BMT Baş Katibinə, “Bizdən eşidmənizi istəyirəm, ən yaxın zamanda referandum keçirəcəyik. Bu istəyimizi anlayışla qarşılamağınız bizi xoşbəxt edər” ifadəsini qullanıb.

Guterres isə daxili köçkün və qaçqın məsələsi mövzusunda beynəlxalq cəmiyyətin IKBY yə yardımları çatdırması mövzusunda yetərsiz qaldığını, bunun aradan qaldırılması üçün də bütün imkanlarını səfərbər edəcəyini bildirib. Guterres, BMT-nin bütün qurumlarının xüsusilə DAEŞ sonrası problemlərin həll edilməsi üçün İraq və IKBY ilə tam dayanəma içərisində hərəkət etməyə hazır olduqlarını bildirib.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture