/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İran adlanan yerdə Telegram yenidən yasaqlandı

İran adlanan yerdə Telegram yenidən yasaqlandı

Oğuz TV: İran rəsmi televizyon kanalı, cib telefonunda mesajlaşma programı Telegramın İran adlanan yerdə qadağan olunduğunu bildirib.

Oğuz TV nin aldığı bilgiyə görə, İran adlnan ölkə, qərara əsas kimi milli təhlükəsizliyin bərqərar olmasını göstərdi.

İran adlnan yerin televizyonunda “İran vətəndaşlarının, sosial mesajlaşma programı Telegramla bağlı şikayətlər və Telegramın qanunsuz fəaliyyətlərinə qarşı güvənliq təşkilatlarının tələbləri nəticəsində məhkəmə İranda Teleqram istifadəni qadağan edib” dedi.

Telegrama qoyulan ümumi qadağadan əvvəl hökumət təşkilatlarının da programən istifadə etməsi qadağan edilmişdi.

Teleqram İranda, rəsmi media, siyasətçilər, şirkətlər və xalq tərəfindən də geniş istifadə olunurdu.

İranda Teleqram istifadə edənlərin sayının 40 milyon olduğu bildirilir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture