/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İsrail ,Fars rejiminin terror məqsədli Dəməşqə göndərdiyi silahları,vurub dağıtdı,-video

İsrail ,Fars rejiminin terror məqsədli Dəməşqə göndərdiyi silahları,vurub dağıtdı,-video

OğuzTV:Dəməşq Havalimanında(aeroportunda) dəhşətli partlayış baş verib.

“Əl-Meydan” kanalının məlumatına görə, güclü partlayış 25 kilometrlikdə yerləşən paytaxtda da eşidilib. Partlayışdan sonra yanğın başlayıb. Liviyanın “Əl-Manar” kanalı havalimanında yanacaq anbarının alışdığını xəbər verib.
Kanalın iddiasına görə, partlayışın səbəbi İsrailin endirdiyi hava zərbəsidir. Suriya və İsrail hələlik rəsmi açıqlama verməyib.  “Röyter” zərbəni İsrailin endirdiyini dəqiqləşdirib. Bildirilir ki, Dəməşq aeroportundakı İranın göndərdiyi və “Hizbullah”a məxsus silah anbarı İsrailin hava zərbəsi ilə məhv edilib.
Bundan əlavə İsrail hərbçiləri ölkənin hava məkanını pozan bir pilotsuz təyyarəni vurub. Pilotsuz təyyarənin Suriya ərazisindən İsrail hava məkanına daxil olduğu bildirilir.Təyyarə Qolan yüksəklikləri üzərində “Patriot” tipli raketlə vurulub.

Aprelin 27-də İsrail Dəməşq hava limanını bombalanıb. Aeroportda yerləşən Hizbullaha aid bazada İranın göndərdiyi silah-sursatın məhv edildiyi bildirilir.İsrail İranın yenidən silah göndərəcəyi təqdirdə yenə də əməliyatın təkrarlanacağını açıqlayıb.apa

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture