/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İsrail:Fars rejimi və Ərəblər arasında savaş baş tutarsa Ərəblərin yanındayıq

İsrail:Fars rejimi və Ərəblər arasında savaş baş tutarsa Ərəblərin yanındayıq

OğuzTV:İsrail ordusunun baş qərargah rəisi general-leytenant Qadi Ayzenkut noyabrın 16-da Səudiyyə Ərəbistanının “elaph”  internet saytına müsahibəsində İranın Orta Şərq dövlətlərinə qarşı təhlükəsindən və rəsmi Tehranın region ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

İsraillə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr olmamasına baxmayaraq israilli general bildirib ki, rəsmi Tel-Əviv bölgənin bir sıra məsələləri ilə bağlı Ər-Riyadla informasiya mübadiləsi etməyə hazırdır: “Biz İranın bölgədəki nüfuzunun qarşısını almaq üçün mötədil ərəb ölkələri, o cümlədən də Səudiyyə Ərəbistanı ilə birgə əməkdaşlığa və qarşılıqlı informasiya mübadiləsi etməyə hazırıq. Hesab edirik ki, indiki şəraitdə bu bir zərurətdir. Çünki bizimlə həmin ölkələr arasında müştərək mənafe və maraqlarımız var.

 

İran bölgə üçün ən böyük təhdid və təhlükədir və bizimlə Səudiyyə Krallığı arasında İranın regionda reallaşdırmağa çalışdığı niyyətinin mahiyyəti barədə nəzər və mövqeyimiz eynidir. İran regionun sabitliyini pozaraq inkişaf etmiş silahların istehsalı ilə məşğul olan zavodlar tikir və terrorçu qruplaşmalara yardım edərək onları dəstəkləyir. İran, həmçinin Orta Şərqdə nəzarəti ələ keçirməyə çalışır və bu istiqamətdə iki şiə hilalını qurmağa cəhd göstərir. Həmin şiə hiallarından biri İrandan, İraq, Suriya və Livana, digəri isə Bəhreyndən Yəmən və Qırmızı dənizə qədər uzanır. Bu isə yolverilməzdir. Hesab edirik ki, biz birgə əməkdaşlıqla İranın bu niyyətinin qarşısını almalıyıq”.

Comments,Baxışınız
oguz gif telegram