/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Rusiya bir az da zəifləsə, İrəvan müflis olunacaq
Rusiya bir az da zəifləsə, İrəvan müflis olunacaq
Rusiya bir az da zəifləsə, İrəvan müflis olunacaq آزربایجان تورکونون اوجا سئسی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

Rusiya bir az da zəifləsə, İrəvan müflis olunacaq

OğuzTV:Bu gün Ermənistanın əsas borclu olduğu ölkə Rusiyadır. Ölkə iqtisadiyyatının böyük əksəriyyətinə Rusiya nəzarət edir. Və son vaxtlar Rusiyada gedən proseslər Ermənistana ciddi şəkildə təsir edir. Yəni Rusiyanın iqtisadi aktivliyinin azalması buradan Ermənistana pul köçürmələrini də azaldır.

Bu sözləri Ermənistanın iqtisadi vəziyyətini axar az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O, Ermənistanın artan dövlət borcunun Rusiyadakı proseslərlə bağlı olduğunu bildirib:

“Əgər Rusiyanın iqtisadi vəziyyəti zəifləməkdə davam edəcəksə, İrəvan müflis həddinə çatacaq.

Ermənistanın xaricdəki diaspor təşkilatlarına da çox ehtiyacı var. Amerika və Avropadakı diaspor təşkilatları Ermənistana birbaşa maliyyə yardımı edirlər. Ermənistan dünyada yeganə ölkədir ki, büdcəsində diaspor təşkilatlarından köçürülən yardımlar gəlir kimi nəzərdə tutulur. Bu nöqteyi-nəzərdən Ermənistan xaricdə gedən proseslərdən və yardımlardan asılı ölkədir”.

Qeyd edək ki, Ermənistanın dövlət borcu 6 milyard dollara yaxınlaşır. Bu, ölkənin ümumdaxili məhsulunun 60 faizinə yaxınıdır. Son vaxtlar isə ölkədə işsizlik hallarında artım və banklara xaricdən gələn pullarda azalma müşahidə olunur.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture