/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Şəbinəm şükürovanın həyat hekayəsi

Şəbinəm şükürovanın həyat hekayəsi

OğuzTV:İnsan sadəcə İsanı, onun müqəddəs təlimini sevdiyi üçün xor görülə, döyülə, söyülə, əzab-əziyyətə, işgəncəyə, yoxluğa məruz qala bilərmi? O İsa ki, insanlara deyirdi: Qonşunu özün kimi sev. Allahı sevdiyin kimi insanları da sev. Səni sevəni sevmək asandı, səni sevməyəni də sev. Yaxşılıq etməkdə digərləri ilə yarış. O İsa ki, zina edən qadını bağışladı və onu daşlamaq istəyən adamlara dedi ki, günahsız kimdirsə ilk daşı o atsın. “Daşlayın” demədi. O İsa ki, insanlara mərhəməti, sevgini, gözəlliyi, təmizliyi aşıladı. Onu sevmək günahdırmı? Ona inanmağın bədəli bumu olmalıdır? Azərbaycan müstəqil, dünyəvi dövlətdir, hər kəs dinini seçməkdə azaddır.

Amma reallıq belədirmi? Praktika onu göstərir ki, həmin qanunlar insanların geri düşüncələrinin, dini radikallığının, cahilliyinin, vicdansızlığının altında əzilir. Şükürova Şəbnəmin əzildiyi kimi. Şəbnəm 1990-cı ildə Masallı rayonunda radikal düşüncəli dindar mühitdə dünyaya gəlib, bu mühitdə böyüyüb, bu mühitin əziyyətini çəkib, bu mühitin boğduğu bir çox qız uşağı kimi təhsil görməyib, bu mühit ondan çox şey oğurlayıb. Həmin region İran İslam Respublikası ilə həmsərhəd olduğu üçün oranın təsirinə daha çox məruz qalır. Mollalar, saxta din xadimləri, bu işdən mənfəət güdən adamlar xalqın beynini yumaqla məşğuldur. Cəhalət, gerilik, təhsilsizlik, xurafat at oynadır. Avropada 4-5 yaşlı uşaqların inanmayacağı şeylərə yaşlı insanlar inanıb əməl edir. İnsanlar 15-ci əsrin insanları kimi yaşayır, eyni illər, eyni günlər, eyni saatlar, eyni dəqiqələr. Fərqli heç nə yoxdur. Hələ qadınsansa işin yüz dəfə daha çətindi. Sən sadəcə əşyasan, sən sadəcə cinsi obyektsən, sən sadəcə dünyaya uşaq gətirən vasitəsən, sən sadəcə qulsan, canlı əşyasan, sən heç zaman ucadan gülə bilməzsən, sən əylənə bilməzsən, sən evləndikdən sonra ən yaxın qohumlarınla belə ünsiyyətdən çəkinməlisən, sən 13-14 yaşın olan kimi ərə verilməlisən sən sənə sadəcə bir dəfə verilən həyatı bu şəkildə yaşayıb ölməlisən, sən Qurandan başqa heç bir kitabı oxumamalısan, çünki günahdır, sən örtünməlisən, çünki hansısa əks-cinsin nümayəndəsi sənin saçını görsə ehtiraslana bilər, ailənin namusu kirlənər, sən ən kiçik səhvində döyülməli, təhqir olunmalısan, sən düzgün oxuma-yazma bilmədiyin halda məcburi şəkildə allaha ibadət etməli, namaz qılmalı, oruc tutmalısan. Alternativ düşüncəyə malik olsan, onların dedikləri, etdikləri ilə razılaşmasan, başqa cür yaşamaq istəsən, cəmiyyət səni boğacaq, həyatını yaşanmaz edəcək, hətta ölüm təhlükəsi də yaradacaq. Səni bu düşüncələrin üçün öldürməyə hazır olan yüzlərlə potensial radikal dindar var, bunlar əsasən sənin ailə üzvlərin, qohumlarındır. Çünki Quranda Ali İmran surəsi 3.3:85 ayəsində yazılıb: Kim İslamdan başqa din ardınca gedərsə axirətdə zərər çəkənlərdən olar.

Quranda belə nümunələr olduqca çoxdur. “Xristianları öldürün” deyilən hissə belə var. Din adamları, mollalar üçün cahil kütləni idarə etmək daha asandır, nəinki maariflənmiş, oxumuş kütləni. Daha doğrusu, oxumuş kütləni qul kimi idarə etmək mümkün deyil. Ona görə də, onlar xalqın oxumasını istəmir. Xüsusən də, qadınların. Çünki, qadın böyük qüvvədir, qadın bilirsə övladı da biləcək. Cənubda qadın cəmiyyət həyatında çox passiv iştirak edir və təkbaşına nəyəsə nail olması olduqca çətindir. Azca fərqli düşünsən, həyatın cəhənnəmə çevriləcək. Şəbnəmin əmisi də molladır və bütün yaşadıqlarının ona nələrə başa gəldiyini anlamaq o qədər də çətin deyil. Ailə qurduqdan sonra həmin mühit daha da qəddarlaşır, çəkdiyi əzab-əziyyət birə-beş artır. Çünki cənubda qadın tanımadığı, sevmədiyi, üzünü belə görmədiyi insanla ailə qurmağa məcbur edilir. Dilə asan gəlir, ancaq bunlar olduqca böyük faciələrdir və insan həyatı, insan müqəddəratı həll olunur. Ailən də səni əzir, ətrafındakı insanlar da, ərə getdiyin adam da və tutunacaq heç bir yerin yoxdur. Qadın üçün övladlarının gözləri önündə döyülmək, ağızaalınmayacaq söyüşlərlə söyülməkdən daha alçaldıcı, daha pis nə ola bilər? O şöyüşlər ki, sənin ailə üzvlərinə, sənin dininə, sənin inandığın kitaba, sənin inandığın tanrıya ünvanlanıb.

Sən təksən və tək mübarizə aparmalısan, əgər apara bilsən. Bu həyatı sən yaşayırsan, amma bu qətiyyən sənin həyatın deyil. Bu çirkin mühit hələ də Şəbnəmin ətrafındadır. Şəbnəm xristianlığı qəbul etdikdən sonra bu haqda yazı yazır. Yazıda bildirilir ki, uzun illər axtardığı rahatlığı, hüzuru bu dində tapır, xristianlar heç də mollaların, din adamlarının tanıtdığı kimi murdar, pis adamlar deyillər, hətta daha yaxşı, daha xeyirxahdırlar və onların da hamı kimi bu ölkədə rahat yaşamaq hüquqları var. Bu yazıdan sonra həm öz ailəsi, həm həyat yoldaşı və qohumları, həm də digər qohumları ona nifrətlə yanaşır, təhdidlər, təhqirlər, sıxma-boğmalar birə beş artır. Məgər, insanın ifadə azadlığı yoxdurmu? Məgər insan hansısa mövzu ətrafında fikir bildirə bilməzmi? Bunun üçün döhyülmək, təhqir edilmək sivil bir ölkədə olacaq işdirmi? Xristian olduğu üçün insana murdar bir heyvana yanaşıldığı kimi yanaşmaq doğrudurmu? Məgər Avropada yaşayan müsəlmanlara belə rəftar olunur? Təkcə özü yox, iki azyaşlı balası da onunla birgə bu qaragüruhda boğulur. Bu qaragüruh ona belə deyir: Baxma, görmə, oxuma, yazma, danışma, örtün, tabe ol, dediklərimə əməl et, əşya ol, qul ol, heç ol, çünki sən qadınsan və buna məcbursan. Sən evdən qırağa addım atmamalısan, qapı sənin üzünə bağlanmalıdır, sənə heyvan kimi davranmaq lazımdır. İsa isə deyir ki, qapı onu döyənə açılır. Şəbnəm bu qapını döyür və xristianlıq dinini qəbul edir. Gizli-gizli kilsəyə gedir, dua edir, “İncil” oxuyur. Özünü bu dində tapır, səmimi qəlbdən sevir bu dini. İstəmir ki, övladları da bu təfəkkürlə böyüsün, bu qaranlığın caynaqları onları da ələ keçirsin. Onsuz, bu işgəncələr, psixoloji sarsıntılar övladlarından birinin xəstə doğulmasına gətirib çıxarmışdı. Şəbnəm qızına hərf öyrətmək istəyəndə atası deyirdi ki, qız oxumayacaq. Belə bir təfəkkürlə yaşayan insanların arasında normal düşüncəli, azad ruhlu bir insan mənəvi cəhətdən məhv olmazmı? Şəbnəm məhv olmamaq üçün atası evinə qayıtdı, orda da əziyyəti davam etdi, çünki orada da ərini haqlı bilirdilər. Ata evindən xalasının yanına gəldi və üç ildir ki, ərindən ayrı xalası ilə birgə yaşayır. Bu kor cəhalət, bu çürümüş qaydalar iki kiçik, günahsız mələyin həyatına öz mənfi təsirini göstərir. Şəbnəm boşanmağa çalışsa da əri bunun baş tutmaması üçün hər cür qanunsuz əmələ əl atır. Təhdid edir, təhqir edir, söyür, qorxudur, övladlarını əlindən almaq istəyir. Şəbnəmin tək istədiyi azadlıq və rahat yaşamaqdır

. 21-ci əsrdə bu istək çox şeydirmi? Yaxşı ki, tutuna bildiyi, inandığı dini var. Kilsəyə gedib dua etmək anlıq olsa da ona qayğılarını unutdura bilir. Kilsədəki xeyirxah insanlar ona və iki körpə balasına yardımçı olmağa çalışır, ərzaqla təmin edir, uşaqların oxumasına dəstək olurlar. Şəbnəm bu yolu tutmasaydı həmin o kiçik qız, bəlkə də, hərf tanımayacaq, heç zaman müstəqil fərd kimi inkişaf etməyəcək, kiminsə qulu olacaq, azca həddi-büluğa çatan kimi həmin o qaramat təfəkkürdə olan birisi ilə evləndirilib ömrünün sonuna qədər bədbəxt olacaqdı. İndi isə o təhsil alır. Kim bilir, bəlkə də, nə zamansa yaxşı həkim, müəllim, hüquqçu olacaq, ölkəsinə, cəmiyyətə xeyir verəcək. Sadəcə və sadəcə Şəbnəmin cəsarəti və düzgün seçimi sayəsində. Şəbnəm döyülüb, necə ki, İsa döyülüb, Şəbnəm söyülüb, necə ki İsa söyülüb, Şəbnəm işgəncə görüb, necə ki, İsa işgəncə görüb. Amma ikisi də inanclarından dönməyiblər və insanlara nur bəxş ediblər. İsa milyonlara, Şəbnəm isə o iki kiçik balaya. Şəbnəm insanları sevir, övladlarınının gələcəyini düşünür, azadlıq tələb edir, mitinqlərdə iştirak edir, bunun qarşılığında isə əri tərəfindən söyülür, təhdid olunur: “Azərbaycana şəriət dövləti lazımdır. Sənin kimiləri qırbaclayıb öldürmək üçün İslam dövləti. Sən mənim həyat yoldaşım ola-ola mitinqlərə qaç, kilsələrə qaç, mənim də xəbərim olmasın. Allah verməsə də, mən sənin cəzanı verəcəm. Səbrli ol.” Xahiş edirəm, özünüzü bircə dəqiqəlik Şəbnəmin yerinə qoyun. Bircə dəqiqə. Belə yaşamaq istərdinizmi? Belə zehniyyətli insanla bir damın altında hər günü cəhənnəm işgəncəsi kimi yaşamaq !? Müsəlmanlar xristian ölkələrində sərbəst yaşaya bildikləri kimi xristianlar da müsəlman ölkələrində istədikləri kimi yaşaya bilməlidirlər. Şəbnəm cəmiyyətə lazımlı, mübariz, azad ruhlu qadındır, necə ki, bütün qadınlar elə olmalıdır. Bu qaragüruhun əzdiyi hər bir qadın, hər bir insan cəmiyyət üçün itkidir. İslamdan imtina edən kafir, cəhənnəmlik bəndə deyil. Cəhənnəmlik insan digər insanlara işgəncə edən, həyatını məhv edən insanlardı. İnsanlar iki cürdü: Yaxşı insanlar və pis insanlar. Şəbnəm pis insan deyil və yaşadıqlarının heç birinə layiq olan hərəkət etməyib. Şəbnəm çox ağrı-acılar yaşayıb. O ağrı-acılar ki, onların izləri Şəbnəmin canından asan-asan çıxan deyil. Dinini dəyişməsi onun sağlamlığını itirməsi ilə nəticələnib, psixoloji travma alıb. Amma Şəbnəm güclü qadındı, mübarizəsini sona qədər aparacaq. O həm ailəsi ilə, həm “əri”, həm cəmiyyətin qaramat fikirləri, həm ölkədəki haqsızlıqlarla mübarizə aparacaq. Bu mübarizə ona baha başa gəlsə də, güc strukturları tərəfindən əzilsə də, qeyri-insani rəftar görsə də, sağlamlığını itirsə də. Çox mənfi haldır ki, ərinin təzyiqləri son dönəmlər daha çox artıb, Şəbnəmin əzmini sındırmaq üçün əlindən gələni edir, təhdidlər yağdırır, Şəbnəm artıq həyatı üçün narahat olmağa başlayıb, küçədə gəzmək belə onun üçün qorxulu olub. Bir qəfəsdən çıxıb, amma demək olar ki, digər bir qəfəsə düşüb. Səbəb isə yenə və yenə dini cəhalətdir. Artıq xalasının evində qalması da imkansızlaşır və Şəbnəm gizlənərək, yer dəyişdirərək yaşamağa məcbur olur. Bütün bunların yeganə səbəbi odur ki, Şəbnəm digərləri kimi deyil, Şəbnəm güclüdü, Şəbnəm mübarizdi, Şəbnəm hüquqlarını bilir, Şəbnəm insan olduğunu, insan kimi yaşamalı olduğunu, azad olduğunu bilir.Hazırladı Taryel Abdulayev

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture