/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Səudiyyə Ərəbistan:İran fars imperatorluğu qurmaq xəyalındadır

Səudiyyə Ərəbistan:İran fars imperatorluğu qurmaq xəyalındadır

OğuzTv:Şəhrivərin 19 da- Sentyabrın 9-da Londona səfər edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr jurnalistlərə açıqlamasında İranın region ölkələrinin daxili işlərinə qarışmasından və onun bölgənin sabitliyini pozmağa cəhdindən danışıb.

İran bölgədə digər ölkələrə qarşı təxribatçılıq siyasətini davam etdirməkdə günahlandıran Adil əl Cübeyr deyib : “İran bölgədə sabitliyi pozaraq fars imperatorluğunu bərpa etməyə çalışır. İran, açıq-aşkar region ölkələrinin daxili işlərinə qarışır, Livanda(Lubnan), Suriyada, İraqda və Yəməndə elə bir işlərə əl atır ki, bu heç kəs tərəfindən qəbul olunmur. İran, öz qonşuları ilə qarşılıqlı əməkdaşlıq əvəzinə bölgənin sabitliyi pozaraq təxribatçılıq əməlləri istiqamətində irəliləyir. Bu isə, bizim üz-üzə qaldığımız problemlərdən biridir. Məhz bunları nəzərə alaraq biz də öz millətimizi qorumaq məqsədilə lazım olan tədbirləri görür və görəcəyik”.

Körfəz Əməkdaşlıq Şurasının baş direktoru Əbdüllətif əl Ziyani sentyabrın 7-də jurnalistlərə açıqlamasında İranın dini lideri Əli Xamneyinin Səudiyyə Ərəbistanı hökumətinə və onun rəhbərlərinə qarşı son bəyanatına kəskin reaksiya verib.

Xamneyinin Səudiyyə rəhbərlərinə qarşı bəyanatını utandırıcı batil ittihamlar adlandıran Əbdüllətif əl Ziyani deyib ki, Səudiyyə Ərəbistanı, İranın həcc mərasimini siyasiləşdirməsinə, həcdən öz siyasi məqsədləri uğrunda su-istifadə etməsinə imkan verməyəcək: “Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr, İran liderinin həcc mərasimi ilə bağlı son çıxışını, bu böyük islami fərizəni (həcc) siyasiləşdirmək məqsədilə söylənilən bəyanat kimi qiymətləndirir. Bu, ümidsiz bir təlaş və ifşa olunmuş hədəflər əsasında söylənilən təhrikçi sözlərdən başqa bir şey deyil”.

Əli Xamneyi, sentyabrın 5-də dünya müsəlmanlarına müraciət edərək, Səudiyyə Ərəbistanı hökumətinə və onun rəhbərlərinə qarşı çox sərt bəyanatlar səsləndirib.

 Səudiyyə rəhbərlərini “cılız və düşüncəsiz şeytanlar” adlandıran Xamneyi, onları Amerika və sionizmə bağlı olmaqda günahlandırıb: “Bu il mömin iranlı zəvvarların həcc mərasiminə qatılmasının qarşısını alan Səudiyyə hökmranları üzü qara azğınlardır. Onlar öz zülmkar hakimiyyətlərini qoruyub saxlamaq üçün Amerikanı və sionizmi dəstəkləyir, onların dediyini yerinə yetirir və bu işdə heç bir cinayətdən üz döndərmirlər. Hesab edirəm ki, dünya müsəlmanları və bütün müsəlman ölkələr Səudiyyə Ərəbistanının Allahdan xəbərsiz siyasətçilərinin, dinsiz və vicdansız fitnəkar hökmranlarının yaxasından tutmalı, həcc mərasiminin idarəsi üçün əsaslı bir yol tapmalı, bu barədə fikirləşməlidirlər

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture