/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Türkiyə Qarabağda oyunçuya çevrilir, İran isə…
Türkiyə Qarabağda oyunçuya çevrilir, İran isə...
Türkiyə Qarabağda oyunçuya çevrilir, İran isə... آزربایجان تورکونون اوجا سئسی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

Türkiyə Qarabağda oyunçuya çevrilir, İran isə…

Son zamanlar Qarabağ konfliktinin dinamikasını tədqiq edən şəxslər keçənilki aprel hadisələrnin əsirinə çevriliblər.

OğuzTV:xəbər verir ki, bunu İrəvanda Rusiya-Ermənistan Universitetində keçirilən “Qloballaşma və inteqrasiya prosesləri şəraitində milli təhlükəsizlik problemləri” konfransında çıxışı zamanı rusiyalı politoloq Sergey Markedonov söyləyib. Onun sözlərinə görə, Aprel savaşından öncə də bu ərazidə toqquşmalar olub və bu savaş heç də konfliktdə sülhə səbəb olmayıb:

“2016-cı illərdə baş verənlər 1994-cü ildən möhkəmlənən güc mərkəzlərinin dəyişməsinin nəticəsidir. Üstəlik, Türkiyə kimi oyunçular var ki, konfliktin həlli ilə bağlı beynəlxalq mandata sahib deyillər. Türkiyənin bu konfliktlə bağlı əsas mövqeyi onun təcili həll edilməsidir. Qərb, ABŞ və Rusiya bu konfliktdə tərəflərdən heç birini müdafiə etmir. Təkcə Türkiyə 2016-cı ildəki savaşda aşkar şəkildə Azərbaycanı dəstəklədiyini açıqladı. Türkiyə artıq ABŞ və NATO-nun kiçik qardaşı rolunu oynamaqdan yorulub. O, yalnız Qarabağ yox, digər məsələlərdə də müstəqil siyasət yürütmək istəyir. Ankara artq müstəqil oyunçu kimi özünü Bakı-Tiflis-Qars dəmiryolunun açılışında göstərib.

İrana gəlincə isə o, yeganə dövlətdir ki, yenilənmiş Madrid prinsiplərinə qarşı çıxış edir, amma buna qarşı öz alternativ variantını irəli sürmür. Qarabağ həmçinin postsovet məkanında yeganə konfliktdir ki, burada Qərb və Rusiya bir-biriylə razıdır. Rusiyaya müharibə sərf etmir. Ona görə ki, bu savaş Avrasiya İttifaqı daxilində qeyri-stabillik yarada bilər. Qərb isə savaşın Bakı-Tiflis-Ceyhana və digər enerji, infrastruktur layihələrinə zərbə vuracağından qorxur”.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture