/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Xamneyi iran adlanan yerdə millətlərin varlığına və onların milli hərəktlərinə toxunub.(Video)

Xamneyi iran adlanan yerdə millətlərin varlığına və onların milli hərəktlərinə toxunub.(Video)

OğuzTV: Xamneyi mayın 10-da “Sepah”a bağlı İmam Hüseyn Universitetinin tələbələri ilə görüşündə qarşıdan gələn seçkilərdən Güney Azərbaycan  ayrılması üçün işlər getdiyini bildirir.

Xamneyi deyib ki, “Qarşıdan gələn seçkilərdə ölkənin milli təhlükəsizliyi qorunmalıdır. Buna riayət etməyən, ölkənin milli təhlükəsizliyinə qarşı üsyana qalxan hər kəs möhkəm sillə yiyəcək.namizədlər, sırf səs qazanmaq naminə ölkənin milli təhlükəsizliyi ilə birbaşa əlaqədar olan bəzi həssas mövzular barədə, o cümlədən də iranda millətlər və onların dili ilə bağlı təhrik edici sözlər demələri, düşmənin illərdir işlədiyi qonudur . Düşmən İllərdir Azərbaycan üstündə işləyir ki Azərbaycan ayrılsın.” Millətlərin milli azadlıq hərəkatini düşmən projesi kimi tanıdan Xamneyi ,bu məslədən nigran olduğunu bildirib.

Xamneyi mayın 11`-da Məllim və universitə hocalarıla görüşdə Birləşmiş millətlərin Yunesko qurumunun iran əsarətində olan etniklər və onların ana dillərində təhsil gərəkdirdiyi haqda verdiyi sənədi tanımadığını bildirib. Yuneskono dünya güclərinin oyuncağı sayan xamneyi ,bu qurumu dünyadaki millətlər və milli haqları haqda danışmağa haqı olmadığınl deyib.

Fars rejiminin növbəti sözdə prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək və bu seçkilərə qatılım Güney Azərbaycan milli fəalları tərəfindən baykot olunub..

 

 
oguz gif telegram