/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Yəmən Cumhurbaşqanı: “İran adlanan yer terrorun rəsmi dəstəkçisidir”

Yəmən Cumhurbaşqanı: “İran adlanan yer terrorun rəsmi dəstəkçisidir”

Oğuz TV: Yəmən Prezidenti Abdurabbu Mənsur Hadi, “İranın Əl-Qaidə, Hizbulah və Husiler ilə Ərəb coğrafiyasındakı terrorun rəsmi dəstəkçisi” olduğunu bildirib.

Oğuz TV nin aldığı bilgiyə görə, Hadi, Ürdünün (İordaniya) Ölü Dəniz bölgəsində keçirilən 28-ci Ərəb Birliyi Zirvəsində ki çıxışında, Husiler ilə devrilmiş lider Əli Əbdullah Saleh tərəfdarlarının ölkədəki sosial toxuyu viran etdiyini ifadə edərək, “İran adlanan ölkə, bölgədə terrorun rəsmi sponsorudur. Husiler ilə Saleh tərəfdarları, bölgədəki terrorun rəsmi dəstəkçisi Fars rejimi və digər yarımları Əl-Qaidə ilə Hizbullah Yəmənin sərvətlərini talayıb”. Dedi.

“Husiler, Yəmənin kimliyini İrana adlanan yerə doğru yönəltməyə çalışır”. Deyən Hadi, Yəmən xalqının bunu heç vaxt qəbul etməyəcəyini bildirdi.

Hadi, Yemə nin təhlükəsizliyinin bölgənin təhlükəsizliyi olduğunu vurğulayaraq, Yəməndə Ərəb kimliyinin köklü olduğunu və tarixi boyunca bu kimliyin ayrılmadığını qeyd edib.

Səna’nın Husilerin nəzarəti altında olduğuna işarə edən Hadi, “Husilerin nəzarəti altında olmasaydı, Ərəb Birliyi Zirvə Toplantısını tarixi Ərəb əsilli Səna da qonaq etmək istərdik”. Deyə danışdı.

Husilərə, silahlarını təslim etməsi, ələ keçirdikləri şəhərlərdən geri çəkilmələri və siyasi bir partiya yaratmaları dəvət edən Hadi, koalisiya qüvvələrinə də hərbi müdaxilə və Yəmən xalqına yardımları üçün təşəkkürünü çatdırdı.

Hazırda Yəmən torpaqlarının yüzdə 80ininden çoxunun qanuni hökumətin nəzarəti altında olduğunu vurğulayan Hadi, sözlərinə bunları əlavə edib:

“Yəməndəki savaşın uzandığına dair ifadələr var. Bunun səbəbi sui-qəsdinin də böyük olmasıdır. Artıq, böyük qələbəyə və tam bir legitimliyə çox az qaldı”.

Ərəb Birliyi dövlət və hökumət başçıları, son olaraq 25 İyul 2016 da yalnız 8 liderin iştirakı ilə Moritaniyanın başkəndi Novakşot’ta bir araya gəlmişdi.

Comments,Baxışınız
oguz gif telegram