/  
Ön yapraq » Oğuz xəbər » Dünyanın diqqəti Azərbaycanın 18 aylıq şəhidində(Görüntü)
Zəhra Elnur qızı Azərbaycanın 19 aylıq Şəhidi

Dünyanın diqqəti Azərbaycanın 18 aylıq şəhidində(Görüntü)

OğuzTV:Azərbaycanın quzeyində xarici mediya nümayəndələri və hərbi attaşelər Füzuli rayonunun Alxanlı kəndində olublar.Onlar iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhranın və nənəsinin həlak olduğu yerə baxış keçiriblər.

Bu slaydşou üçün JavaScript lazımdır.

Qeyd edək ki, TRT, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, RİA “Novosti”, “Amerikanın Səsi”, “İnterfax”, BBC və digər xarici KİV nümayəndələri, eləcə də, ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatları da daxil olmaqla, 12 dövlətin 15 hərbi attaşesinin Alxanlıya səfəri təşkil olunub.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.Apa

 

Azərbaycanda xarici medya nümayəndələri və hərbi attaşelər iyulun 4-də erməni silahlı bölmələrinin atəşi nəticəsində Alıxanlı kəndində halak olan 2 yaşlı Zəhranın və nənəsinin “Zobucuq-5” qəsəbəsində təşkil olunan yas mərasimində iştirak ediblər.

Qonaqlar həlak olanların ailələrinə başsağlığı verib, dərdlərinə şərik olduqlarını bildiriblər

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture