/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » “Durnalar” salonundan Sulduza dəstək gəldi

“Durnalar” salonundan Sulduza dəstək gəldi

Oğuz TV: 9 isfənd (28 fevral) Urmunun “Durnalar” salonunda “Şəhridari” və Tehranın “Peykan” takımları arasındakı oyunda “Şəhridari” yandaşları Sulduz olaylarına diqqət çəkdilər. Soydaşlarımız oyun boyu, Sulduzda rejmin də dəstəklədiyi mühacir kürtlərin torpaqlarımızda çıxartdıqları oyunlarla bağlı sloqanlar səsləndirdilər.

Urmdan yenicə millət vəkili seçilən Nadir Qazipur və 2-ci dövrəyə qalan digər 2 Türk nümayəndə, Bahaduri və Həzrətpurla birlikdə bu oyunu izləməyə gəlmişdi.

Oyunda salona toplaşan soydaşlarımız Sulduz olayları ilə bağlı sloqanlar səsləndiriblər. Onların səsləndirdikləri sloqanlar sırasında,“ Bu torpaqdan pay olmaz, Sulduz kürdüstan olmaz”, “Göydə ulduz, yerdə Sulduz”, “Həsəni hardasan”, “Haray, haray, mən Türkəm” və.s olub. Bu sloqanlardan sonra Qazipur, millətə etiram əlaməti olaraq, ayağa qalxaraq təşəkkürünü bildirib.  Qazipur sözdə də olasa Sulduz olaylarını diqqətdə saxlayacağına söz verib.

Diqqətinizə çatdıraq ki,  İranda seçkilər tamamən rejimin öz kontrolu və yönətimdədir və İran coğrafiyasında olan  millətlər, seçki zamanı sadəcə rejimin öznün seçdikləri adaylara səs vermə haqları vardır. Rejimin qəbul etməyən şəxslərin  adaylıq və namzədlıq  irəli sürəmə haqına sahib deyillər, Adıarı adaylığa sürülsədə  “Nigahbən “adlı qurum tərəfindən adaylığı rəd olub seçki yarışına girə bilməyəcəkdir.
Uzun  sözün qssası İranda  adayların seçki yarışı ,öncədən sonucu bəlli olan bir rejim oyunudur.Azərbaycan türkləri illərdir iranin seçkilərini kütləvi təhrim etmiş və Batı Azərbaycan əyaləti xaric Azərbaycanın digər bölgələrində millət kütləvi olaraq rejimin oyununda iştirak etmir.

Qerbi  Azərbaycanın Urmu və Sulduz kimin bölgələrində son illərdir millətimiz türk kökənli olan adaylara səs verir. Batı şəhərlərində millətimiz adayların rejimlə bağlantısına baxmadan bu bölgədə “kürd bölgəsi kimin yansıtma” siyasətinin önün almaq üçün formalitə olaraq sandıq başına gedib Türk adaya səs verilər.

Xatırladaq ki,  hələ də Sulduzdakı olaylar davam etməkdədir.

Comments,Baxışınız
oguz gif telegram