/  
Ön yapraq » Edam cəzasına məhkum olan iki gənc bağışlandı

Edam cəzasına məhkum olan iki gənc bağışlandı

Oğuz TV: Ərdəbil və Binabdan olan 2 gənc edam cəzasından qurtuldu. 6 ildir həbs cəzası çəkən 20 yaşlı, əslən Binab şəhərindən olan gənc, öldürdüyü adamın ailəsinin son anda onu bağışlaması nəticəsində edamdan azad olub.Bu barədə  Marağa zindanın rəisi  Həmidi açıqlama verib.

Bundan başqa, hazırda Ərdəbil zindanında cəzasını çəkərək edamını gözləməkdə  olan daha bir gənci də öldürdüyü şəxsin ata-anası bağışlayıb. Beləliklə, 37 yaşlı Ərdəbil sakinidə edam cəzasından qurtuldu.

Edam cəzasından qurtulan bu gənclər hələki azadlığa buraxılmadıqları üçün onların kimlikləri haqqında bilgi verilməyib.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture