/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » El Gölündən Siyamək Mirzəyiyə azadlıq tələb edən plakart (Görüntü)

El Gölündən Siyamək Mirzəyiyə azadlıq tələb edən plakart (Görüntü)

Oğuz TV: İki aydı “Evin” zindanında məhbus həyatı yaşayan Siyamək Mirzəyinin azad edilməsi üçün Güneyin milli fəallarının fəaliyyətləri davam edir. 

Keçən günlərdə Ərdəbil və Tehran küçələrində şəkilləri asılaraq özgürlüyü istənilən milli fəal Siyamək Mirzəyinin bu dəfə böyük plakertini hazırladılar.

Təbrizli milli fəallar Siyaməkə azadlıq yazılı plaketi Təbrizin El gölü kimi tanınan istirahət bölgəsində asdı. Plakertin üstünə “ Güney Azərbaycanın milli fəalı Siyamək Mirzəyini azad edin” sözləri yazılmışdı. 

Diqqətinizə çatdıraq ki, iyul ayının 21-də Muğan şəhərində öz iş yerində səbəbsiz yerə İran rejminin məmurlarının basqınları nəticəsində döyülərək tutuqlanan Siyamək Mirzəyi artıq 2 aydır ki, Tehranın “Evin” zindanında həbs çəkməkdədi.

Siyaməkin azad edilməsi üçün Güney Azərbaycanın milli fəalları bir sira mədəni və hüquq çərçivəsində işlər görərək, onun özgürlüyünü islam rejmindən tələb etsələr də, rejim hələ ki bu milli fəalı həbsdə saxlamaqda qərarlıdı.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture