/  
Ön yapraq » Oğuz xəbər » Erməni işğalçılarının atdığı mərmi uşağı yaraladı

Erməni işğalçılarının atdığı mərmi uşağı yaraladı

Oğuz: Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb. 

APA-nın Qarabağ bürosunun xəbərinə görə,  ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.

Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü  Vəlizadə Sənan Saleh oğlu yaralanıb. Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Comments,Baxışınız
oguz gif telegram