/  
Ön yapraq » Oğuz xəbər » Erməni kəşfiyyatçıları təmas xəttini minalamağa cəhd göstərib

Erməni kəşfiyyatçıları təmas xəttini minalamağa cəhd göstərib

Oğuz TV:İsfəndin 13-dən 14-ə (Martın 3-dən 4-nə) keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib.

Oğuz tv Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture