/  
Ön yapraq » Oğuz xəbər » Erməni öz əsgərlərini cəbhəyə zəncirlə bağlayıb-təhlili

Erməni öz əsgərlərini cəbhəyə zəncirlə bağlayıb-təhlili

OğuzTV:Ermənistan artıq çox güman dünyada olan yeganə dövlətdir ki, öz hərbçilərini öndə olan postlara zəncirlərlə bağlayır.

 

Bu sözləri Ermənistan Müdafiə naziri Vigen Sərkisyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfərinə münasibət bildirən politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, Ermənistan artıq öz qorxusunu, təşvişini gizlədə bilmir:

Putin Azərbaycan və Ermənistan prezidentləri arasında görüş təşkil edir“Ermənistan Prezidenti Serj Sərkisyanın son açıqlamaları, onun Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun müsahibəsinə cavab verməsi göstərir ki, bu ölkə artıq təşviş içindədir. Onlar anlayır ki, Azərbaycan hərbi cəhətdən, texniki baxımdan, ümumiyyətlə, strateji resurslar nöqteyi-nəzərindən Ermənistandan qat-qat üstündür. Son günlər Ermənistanın təmas xəttində vəziyyəti bilərəkdən pozması, dünyaya lazımsız, faktsız informasiyalar göndərməsi onu göstərir ki, Ermənistan öz yaratdığı gərginliyi artıq cilovlaya bilmir. Ona görə də Ermənistan rəhbərliyinin nümayəndələri, o cümlədən Müdafiə naziri Vigen Sərkisyanın Dağlıq Qarabağ bölgəsinə getməsi orada qalan yerli əhalinin sakitləşdirmək, onlara yalançı impulslar vermək məqsədi güdür. Artıq Qarabağda 30 mindən artıq adam yaşamır. Halbuki vaxtı ilə həmin ərazilərdə azərbaycanlılarla birlikdə 150 mindən çox əhali yaşayırdı”.

rəvan əsgərlərini cəbhəyə zəncirlə bağlayıb - Qarabağ səfəriT.Abbasovun sözlərinə görə, yalandan şişirdilmiş müdafiə xəttinin qurucuları həmin ərazidə təbliğat xarakterli, orduda qalmış az sayda hərbçiləri bir növ ruhlandırmağa çalışırlar:

“İrəvan artıq özünün yaratdığı problemin öhdəsindən gələ bilmir. Formalaşan vəziyyətin artıq girovuna çevrilib. Əgər Azərbaycan anti-terror əməliyyatlarına başlayarsa, onlar guya tab gətirə biləcəklərini xalqa inandırmağa çalışırlar. Əslində Azərbaycan üçün bu səfərlərin heç bir siyasi-strateji, hərbi-texniki əhəmiyyəti yoxdur. Çünki biz qarşımızdakı düşməni tanıyırıq. Onların imkanlarına bələdik. Hesab edirəm ki, Prezident İlham Əliyev də Nazirlər Kabinetinin qarşısında çıxışı zamanı bütün lazımi məqamları diqqətə çatdırdı. Daha sonra Müdafiə nazirimiz Zakir Həsənovun çıxışlarında bu məsələ haqqında mənzərəni lazımınca qiymətləndiriblər. Azərbaycan indiki reallıqda heç kimlə məsləhətləşmədən bu problemin həlli ilə bağlı qərar verə bilər”.

Ermənistan Müdafiə naziri Vigen Sərkisyan bu gün Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündən danışıb. 2017-ci ilin sonlarına qədər Rusiya Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilə bilər. Serj Sarkisyan “Ermənistan” telekanalının “R-Təkamül” proqramına müsahibəsində prezidentlərin gözlənilən görüşü haqda danışarkən müharibəyə səbəb olacaq ritorikadan istifadə edib. Amerika tərəfi Rusiyanın diplomatik mülkiyyətini əvəzsiz qaytarmaq niyyətində deyil. İŞİD liderinin taleyi haqqında növbəti informasiya yayılıb. Qətər böhranının yaranmasına səbəb olan kiberhücumu təşkil edən ölkənin adı açıqlanıb.

Bakıdan müharibə XƏBƏRDARLIĞI, Sarkisyandan ŞƏRTLƏR... – GÜNÜN SİYASİ XÜLASƏSİAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasına səfər edib. Dövlət başçılarının təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

E.Məmmədyarov qeyd edib ki, ermənistanlı həmkarı ilə Brüsseldə keçirilən görüşdə Minsk qrupunun həmsədrləri prezidentlərin görüşünün keçirilməsini təmin etməyi xahiş etdilər.

“Görüşlər münaqişənin həlli prosesində əhəmiyyətli elementdir. Lakin bu görüşlər görüş xətrinə keçirilməməlidir. Əgər prezidentlər səviyyəsində görüş təşkil ediləcəksə, həmsədrlər tərəfindən münaqişənin nizama salınması üzrə planın müzakirəsi və onun implementasiyasını təmin etmək lazımdır. Buna görə biz həmişə danışıqların substantiv xarakterinə ehtiyacın olduğunu xüsusi vurğulayırıq”, – deyə nazir qeyd edib.

Xarici işlər nazirinin sözlərinə görə, prezidentlərin Sankt-Peterburq görüşündən sonra substantiv danışıqlar yolu ilə münaqişənin həllinə imkan verməmək üçün Ermənistan tərəfi müxtəlif təxribat və bəhanələrə əl atıb. Nazirin qənaətinə görə, Ermənistan hər vasitə ilə status-kvonun saxlanmasına və işğalı davam etdirməyə çalışır.

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin saxta “prezident seçki”si keçirməsi Ermənistanın növbəti siyasi təxribatıdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 19 iyulda qondarma rejimdə qanunsuz “prezident seçki”sinin keçirilməsi məsələsi ilə bağlı deyib.


Dağlıq Qarabağda münaqişə yenidən alovlana bilər, çünki bu, geosiyasi oyunların nəticəsidir”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

Azərbaycan müdafiə naziri Zakir Həsənovun Ermənistanın qürrələndiyi “İskəndər” raket kompleksini məhv etmək gücünə malik silahlarımızın olması haqda dedikləri İrəvanda təşvişlə müzakirə edilir.

Publika.az xəbər verir ki, Azərbaycanın silah arsenalında olan “Favorit” S-300PMU-2 və “Barak 8” raket sistemləri “İskəndər”in qarşısını almaq gücündədir.

Ermənistanda prezident Serj Sarkisyan da daxil olmaqla müxtəlif dairələrin verdiyi reaksiyalar bu baxımdan təsadüfi deyil.

Digər tərəfdən, Ermənistandakı “İskəndər”lərin erməni hərbi birləşmələrinin arsenalına daxil olmadığı, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının tərkibində olduğu, həmçinin, Moskvanın bu raket komplekslərini İrəvana verməsinin arxasında siyasi məqsədlərin mövcudluğu şübhəsizdir. Bunu ermənilərin özləri də etiraf edir.

Ermənistanı qorxuya salan digər məqam isə Rusiyanın Azərbaycana S-400 raket müdafiə sistemlərinin verəcəyidir.

Rusiya Azərbaycan və Ermənistan prezidentləri arasında 2017-ci ilin sonlarına qədər baş tutacaq görüşün əsas təşkilatçısı olacaq.

Bu barədə Rusiya XİN-dəki mənbə “İzvestiya” qəzetinə bildirib.

“Moskva bu məsələdə əsas vasitəçi olub, çünki Minsk Qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla nəticələnib”-mənbə bildirib.

Serj Sarkisyan “Ermənistan” telekanalının “R-Təkamül” proqramına müsahibəsində prezidentlərin gözlənilən görüşü haqda danışarkən müharibəyə səbəb olacaq ritorikadan da istifadə edib. Sarkisyan heç bir variantda geri çəkilməyəcəklərini bildirib: “Biz davamlı olaraq güzəştlər haqda danışırıq, lakin münaqişə daha 20 il də həll olunmasa, yenə də geri çəkilməyəcəyik”.

O, Ermənistanın hədəflərini açıqlayıb və qeyd edib ki, “öz müqəddəratını təyin etmə” prinsipini əsas götürürlər.

“İkinci şərt kimi Dağlıq Qarabağla Ermənistanın quru sərhədləri olmalıdır. Bu iki mövqe bizim üçün əsasdır. Üçüncü şərt isə Dağlıq Qarabağda təhlükəsizliyin etibarlı zəmanətləri olmalıdır. Bu prinsiplər haqda sənədin tərtib edilməsinə Dağlıq Qarabağın (qondarma DQR rejimi – red.) iştirak etməsi məcburidir”, – deyə Sarkisyan prezidentlərin görüşü öncəsi öz absurd şərtlərini irəli sürüb.

Hərçənd, Ermənistan tərəfinin məhz belə qeyri-konstruktiv mövqeyi nəticəsində uzunillik danışıqlarda heç bir nəticə əldə olunmayıb. Hesab etmək olar ki, Sarkisyanın bu qəbuledilməz şərtləri müharibə variantını yenidən gündəmə gətirə bilər.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan işğal altında olan Qarabağa səfər edib. Bu gün səhər o, Qarabağ separatçılarının lideri Bako Saakyanla görüş keçirib. Ermənistanın Qarabağdakı işğalçı qoşunlarının komandanı Levon Mnatsakanyanın da iştirak etdiyi görüşdə ordu quruculuğu ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Ermənistan Rusiyadan yeni hərbi kredit almaq üçün Moskva ilə danışıqlar aparır. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Maliyyə naziri Vardan Aramyan söyləyib. O, danışıqların bu ilin əvvəlindən başladığını bildirib.

Qeyd edək ki, Rusiya bundan öncə Ermənistana 200 milyon dollarlıq hərbi kredit ayırıb. Bu kredit çərçivəsində Ermənistana həmçinin “İsgəndər” raketləri də verilib.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi təklifilə çıxış edib. Volodin bu gün Moskvada Ermənistan parlamentinin spikeri Aroy Babloyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə belə bir təklif səsləndirib.

Türkiyə Rusiyadan S-400 raket sistemlərinin alınması üçün 2,5 milyard dollar ödəməyə razılaşıb. Bu ilk növbədə NATO üzvü olan Türkiyənin Şimal Alyansı ilə əks cəbhədə dayanan Rusiya ilə müqavilə imzalanması, digər tərəfdən, alınan raketlərdən birinin Ermənistana tuşlanması ehtimalı kontekstində diqqət çəkir.

 

 

Comments,Baxışınız
oguz gif telegram