/  
Ön yapraq » Oğuz xəbər » Erməni tərəfi cəbhədə itki verdi

Erməni tərəfi cəbhədə itki verdi

Oğuz TV: Qarabağ cəbhəsində düşmən zərərsizləşdirildi.

Oğuz TV-nin Azərbaycan Müdafiə Nazirliyindən aldığı bilgiyə görə, 23 bəhmənə (12 fevral) keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan mövqelərinə basqın etməyə cəhd göstəriblər.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib, əməliyyat şəraiti Azərbaycan bölmələrinin tam nəzarəti altındadır.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture