/  
Ön yapraq » Oğuz xəbər » Erməni:Astana formatila Qarabağda 3Türk ölkə yanyana gəlirsə ! iran da bizi qurtaramaz

Erməni:Astana formatila Qarabağda 3Türk ölkə yanyana gəlirsə ! iran da bizi qurtaramaz

Oğuz TV:İşğal altında olan Dağlıq Qarabağ zonasında maraqların toqquşması fəallaşacaq və Rusiya, İran, Türkiyə, həmçinin, Qazaxıstanın özü belə status-kvonu dəyişdirmək üçün  hərəkət edəcəklər.

Bu barədə erməni siyasi şərhçi Pavel Dallakyan “regionda maraqların çarpazlaşması fonunda Qarabağda status-kvo” adlı məqaləsində yazıb.

qarabağ musavat ile ilgili görsel sonucuErməni şərhçi hesab edir ki, Qərbə qarşı böyük koalisiya yaradılır: “Amerika Suriyada “təhlükəsizlik zonaları” yaratmaq təklifi ilə çıxış edir.

Əgər Rusiya bu təkliflə razılaşarsa, o zaman, Astanada Suriya görüşünün digər iki tərəfi – Türkiyə və İran narazı qalacaq. Türkiyə ilə müqayisədə İranın vəziyyəti daha dramatikdir.

Amerika Tehrana qarşı açıq hücuma keçib. Bu mərhələdə Rusiya Tehran və Ankaraya münasibətdə iki cür addım ata bilər. Birincisi, Amerikaila anlaşa bilər ki, bu avtomatik olaraq narazılıq yaradacaq. İkincisi isə üçlər ittifaqı olaraq hərəkət etməyə üstünlük verə bilər.


Xüsusilə Erməni yançısı olan İrana qarşı ABŞ-İsrail hücumu bölgədə vəziyyəti qarışdırır və ernəni tam təklənəcək. Bütün bu proseslər Dağlıq Qarabağ münaqişəsinə də birbaşa təsir edəcək”.

Dallakyan hesab edir ki, Astanada Suriya danışıqları Dağlıq Qarabağ üçün yeni presedent yaratdı.

İlgili resim“Mümkündür ki, ATƏT-in Minsk qrupu arxa plana keçirilsin və Rusiyanın vasitəçiliyi ilə Qarabağ üçün Astana görüşü təşkil edilsin. Bu, həm də Moskva, Ankara və Tehranın regionda İsrailin aktivləşməsinə, ümumilikdə Qərbə qarşı yeni koalisiya qurmasından irəli gələn məsələdir. Məqsəd təkcə münaqişənin həlli yox, həm də ittifaqı möhkəmləndirmək ola bilər. Moskva status-kvonu nəzarətdə saxlamaq üçün də bu formatda danışıqların aparılmasında maraqlıdır. qarabağ musavat ile ilgili görsel sonucu

Rusiya türklərə münaqişənin həllində yaxından iştirak etməyə imkan verəcək. Qazaxıstan prezidenti Nursultan Nazarbayev öz qardaşına – Azərbaycana sevə-sevə kömək edəcək. Ən çətin vəziyyətdə olan İran, yeni koalisiyanın möhkəmliyi üçün Erməni arxasından çəkilə bilər və iran istəsədə artıq əlindən bir iş gəlməz”, – deyə erməni siyasi ekspert deyib.

Dallakyan qeyd edib ki, Ermənistan münaqişənin həllində Türkiyənin vasitəçiliyini həmişə rədd edib: “Lakin bu dəfə buna nail olması çətin görünür. Türk həmrəyliyi münaqişənin həllinə start verə bilər və burada Bakının mövqeyinin güclü olacağı da aydın məsələdir”.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture