/  
Ön yapraq » Oğuz xəbər » Ermənilərə daha bir zərbə: 15 ölü

Ermənilərə daha bir zərbə: 15 ölü

Oğuz TV:  Cəbhənin Ağdam bölgəsi  istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat  xidmətinin  verdiyi məlumata görə, düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq.

 

 

Comments,Baxışınız
oguz gif telegram