/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Ermənistan NATO`nun bomba hədəfində ,Türkiyə Qarabağ`da

Ermənistan NATO`nun bomba hədəfində ,Türkiyə Qarabağ`da

OğuzTV:Ermənistanda sentyabrın 21-də keçirilən hərbi parad zamanı nümayiş olunan “İsgəndər-M” raket kompleksləri beynəlxalq siyasi və hərbi ekspertlərin diqqətini yenidən Rusiya və NATO münasibətlərinə yönəldib.

Beynəlxalq  mütəxəsislər Rusiyanın Ermənistan ərazisində “İsgəndər-M” raketlərini NATO təhdidinə qarşı yerləşdirdiyini düşünürlər.

“Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi”nin məlumatına görə, bu ilin may ayında Rumıniyanın Deveselu şəhərində yerləşən hərbi bazada NATO-nun “Aegis” yerüstü RMS kompleksinin açılışı və bundan dərhal sonra Polşanın Redzikovo ərazisində analoji komplekslərin tikintisinə başlanması Rusiyanı qorxuya salıb.

Moskva bəyan edib ki, NATO-nun Avropada raketdən müdafiə sistemi yerləşdirməsi Rusiyanın milli təhlükəsizliyi üçün təhlükədir və regionda strateji sabitliyi pozacaq. Bundan sonra Rusiya təhlükəsizlik məqsədi ilə əlaqədar “İsgəndər-M”lərdən” istifadə olunacağına dair NATO-ya xəbərdarlıq edib.

Beynəlxalq ekspertlərin gəldiyi qənaətə görə, bu gün Rusiyanın “İsgəndər” raket sistemlərini Ermənistanda yerləşdirməsi bu ölkənin özünə qarşı acıq təhlükə faktoru yaradacaq. Belə ki, Rusiyanın NATO ilə mümkün qarşıdurma halında NATO-nun ilk hədəfi Rusiyanın raket artilleriya sistemlərini sıradan çıxarmaq olacaq. Bu da Rusiyanın bufer zona seçdiyi Ermənistan ərazisinin hədəf olaraq vurulması deməkdir.

Digər tərəfdən, NATO “İsgəndər-M”lərdən istifadə zamanı da Ermənistanı hədəfə ala bilər. Ermənistan “İsgəndər-M”dən Qarabağda baş verə biləcək müharibədə istifadə edə biləcəyini gizlətmir. Bu isə NATO-nun da prosesə müdaxiləsi ilə nəticələnə bilər.

Türkiyə Qarabağda… 

Rusiyanın sərhədləri boyunca gərginlik qövsü yaradılır. Bu barədə Rusiyanı məşhur “Soverşenno sekretno” (Tam Məxfi) nəşri yazıb.

Nəşr Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhddən sonra regionda baş verənlərə diqqət çəkib.

“İrəvanda polis binası tutuldu. Oxşar hadisələr Abxaziyada yaşandı. Həmçinin, Qazaxıstanda sabitlik pozuldu. Bu hadisələrin ümumi nöqtəsini axtarmaq səhv ola bilər. Xüsusilə Ermənistanda iqtisadi problemlər fonunda baş verənlər bu ölkənin daxili məsələsi idi. Lakin regiondakı ölkələrdə, xüsusilə Rusiya sərhədləri ətrafında eyni anda baş verənlər diqqət çəkir”, – deyə nəşr yazır.

Nəşr bunun fonunda Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkib(http://publika.az/news/nida/170153.html).

Azərbaycan 300 km-lik hədəfi məhv edən raket alır

Azərbaycan Belarusdan 300 kilometrlik məsafəni hədəf alan yeni raket qurğusu alır.

Bu barədə ADEX 2016 II Azərbaycan Beynəlxalq Müdafiə sərgisində iştirak edən Belarusun “Volatavto” şirkətindən məlumat verilib. Bildirilib ki, 2016-cı ildə istehsal edilən yeni raket qurğusu ilin sonunadək satışa çıxarılacaq.

Azərbaycan Müdafiə Nazirliyi raket qurğusunun alınması ilə bağlı şirkətlə danışıqlar aparıb və razılıq əldə edib.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture