/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Ermənistan Rəsmi olaraq İran rejimindən “Qarabağ” üçün təşəkür etdi

Ermənistan Rəsmi olaraq İran rejimindən “Qarabağ” üçün təşəkür etdi

OğuzTv:Ermənistana rəsmi səfər edən fars rejiminin xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Edvard Nalbandyanla görüşüb.OğuzTvinin “news.am”a istinadən verdiyi xəbərə görə, E. Nalbandyan İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana yaxın mövqeyinə görə həmkarına təşəkkürünü bildirib.

İran adlanan ölkədə fars rejimi və Ermənistan işğalçı rejiminin yaxşı qardaş və qonşu olduğunu vurğulayan M. C. Zərif isə deyib ki, hər iki ölkə arasında son illər siyasi və iqtisadi sahələrdə əməkdaşlıq daha da fəallaşıb. O qeyd edib ki, Ermənistan regionda sülh və sabitliyin qorunması üçün çalışır.İki işğalçi dövlət İranla Ermənistan arasında keçirilməsi planlaşdırılan qarşılıqlı iqtisadi məsələlərə dair iclasa qatılmaq üçün İrəvana səfərində, Zərifi İranın bir sıra yüksək rütbəli iqtisadi və siyasi rəsmiləri müşayiət edir. İclasda, iki ölkənin  iqtisadi sahədə birgə əməkdaşlığı ilə yanaşı regionda baş verən bəzi siyasi olylar barədə müakirələr aparılacağı da bildirilir.

Səfər zamanı, Zərifin Ermənistan prezidenti Serj Sarkisyan və baş nazir Karen Karapetyanla da görüşüb bir sıra mövzular barədə danışıqlar aparacağı gözlənilir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture