/  
Ön yapraq » Oğuz xəbər » Ermənistan yinə atəşkəsi pozdu,Ordumuzun əsgəri yaralandı

Ermənistan yinə atəşkəsi pozdu,Ordumuzun əsgəri yaralandı

Oğuz TV: Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Azərbaycan sərhəd xətti bölgəsində atəşkəsi son 24 saatda 21 dəfə pozduğunu bildirib.
 


 Oğuz TV nin aldığı məlumata göre, Verilən açıqlamada, Ermənistan silahlı bölmələri fevralın 1-də avtomatik silahlardan və qumbaraatanlardan istifadə etməklə cəbhə xəttində növbəti dəfə atəşkəs rejimini pozub. Ermənistan tərəfindən işğal altında olan Tərtər şəhərinin yüksəkliklərindən olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Füzuli şəhərinin Aşağı Seyidəhmədli, Xoradiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Azərbaycan tərəfinə yoğun atəş açıldığı bildirildi.
 
Quzey Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bölmələrimiz tərəfindən təxribatın qarşısı alınarkən düşmən atəşindən Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu çavuş İsayev Rauf Məhəmməd oğlu yaralanıb.

Ona təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti sabitdir, həyati təhlükə yoxdur. Müdafiə Nazirliyi bildirir ki, düşmənin bu cür hərəkətlərinə qarşı lazımi cavab tədbirləri görüləcək.
Verilən açıqlamada Ermənistan tərəfinin son günlər atəşkəsi tez-tez pozdüğü bildirilərək, bir gün əvvəl də Ermənistan tərəfinin gün ərzində səkkiz dəfə atəşkəsi pozduğu bildirilib.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture