/  
Ön yapraq » Oğuz xəbər » Ermənistanın təxribatı nəticəsində şəhidimiz var

Ermənistanın təxribatı nəticəsində şəhidimiz var

OğuzTV:Müdafiə Nazirliyindən  verilən məlumatda bildirilib ki, fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən, atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.Xatıraldaq neçə gecədir cəbhə xətində atəşkəs dəvamli erməni tərəflərdən  pozulur.

Fevralın 9-da axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi Azərbaycan ordusunun bölmələrinin sərrast atəşi ilə məhv edilib.

 

Bu barədə mediaya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Qarşı tərəf itkilər barədə məlumatı  gizlədir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture