/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Ettelaat musiqiçini “oğurladı”

Ettelaat musiqiçini “oğurladı”

Oğuz TV: Güney Azərbaycanda İran rejminin təhlükəsizlik qüvvələrinin soydaşlarımıza qarşı “oğurluq” və özbaşnalıqları davam edir. Bu dəfə bu cinayətə məruz qalan isə bir musiqiçimizdi. 

 Belə ki, dünən axşam ettelaat  məmurları  Təbriz şəhərindən olan  musiqiçi Yaşar Azəroğlunun evinə basqın ediblər.  Heç bir səbəb göstərmədən güneyli musiqiçini  tutuqlayıb, bilinməyən istiqamətə aparıblar. Hazırda onun harada və hansı şəraitdə saxlanıldığı bəlli deyil.

Xatırladaq ki, çalğıçı olan Yaşar Azəroğlu əsasən milli mahnılarımızın ifaçısı olaraq tanınır.

Comments,Baxışınız
oguz gif telegram