/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Fars mediası yenidən Türk millətini aşağıladı

Fars mediası yenidən Türk millətini aşağıladı

Oğuz TV: Fars qəzeti yenidən Türkləri aşağılayan yazı dərc etdi. 

“Tərhe Nou” adlı qəzet dərc etdiyi nağılla burdakı “qəhrəman”ın dilindən Türk millətini aşağıladı.

Nağılda Türklər və farslar arasında davada fars “pəhləvan”ının belə bir monoloqu verilir: “Biz Türkləri adam saymırıq. Türklər arvaddı, biz (farslar) kişiyik. Arvadla kişi savaşı tutumaz. Türklər gedib arvad kimi yunlarını əyirsinlər.” “Pəhləvan”ın Türkləri aşağılayan sözləri bununla da bitmir. “Qəhrəman” bu aşağılıq sözlərini davam etdirərək “pis soylu, arvad sifət Türklər” kimi ifadələr işlətməkdən də çəkinməyib. 

“Tərhe Nou”da Türkləri aşağılamaqdan ötrü “arvad” ifadəsindən istifadə edilməsi, fars mədəniyyətində qadına verilən dəyərin göstəricisidi.

Bu arada qəzetin sorumlu müdiri Məhəmmədrza Vebbani və baş yazarı Əmir Əlizadə yerli sitələrə müsahibə verərək Türk millətindən üzr istəyiblər. Bu hadisənin onların sorumsuzluğu səbəbindən baş verdiklərini bildiriblər. 

Diqqətinizə çatdıraq ki, bu fars mediasının Türk millətini ilk aşağılaması deyil. Bundan öncə 2006-cı ilin 22 may, 2015-ci ilin 9 noyabr tarixlərində mediada müxtəlif “qəhrəman”ların dilindən Türk millətinin təhqir edilməsi, soydaşlarımızın etirazına səbəb olmuşdu və aylarla davam edən eyləmlər baş vermişdi. 

Sonda isə, islam rejminin yüksək məqam sahibləri Türk millətindən üzr istəmək məcburunda qalmışdılar. 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture