/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Fars mediasının Türkiyə və Güney Azərbaycanda Türk kimliyinə qarşı düşmanlığı son həddə çatıb

Fars mediasının Türkiyə və Güney Azərbaycanda Türk kimliyinə qarşı düşmanlığı son həddə çatıb

Oğuz TV: Türkiyənin başlatdığı “Fırat Kalkanı” əməliyyatı iranı rahatsız etməyə başlayıb. İran mediası Türkiyənin bu əməliyyatına işğalçı donu geydirməyə çalışır. İranın rəsmi qəzetlərində işğalçı Türkiyə başlıqlı yazıları görmək mümkündü. İranın “Şərq” və “ Sitareyi nou” adlı rəsmi qəzetləri dünən “Fırat Kalkanı” əməliyyatı ilə bağlı yazdıları xəbərə “Yerli kürtlərlə işğalçı Türkiyə ordusunun savaşı davam edir” kimi başlıqla yayımladılar. Bundan başqa İranın işğalı altında saxladığı başda 35 milyonluq Güney Azərbaycan olmaqla Türk toplumlarının milli kimliklərinə sahiblənməsi və islam rejmindən özgürlüklərini, özəlliklə də dil özgürlüyünü tələb etmələri rejmi bərk narahat edib. Rejmin istər daxildə,istərsə də xaricdə olan aydınları Türk millətinə və Türk kimliyinə qarşı hücuma keçiblər. Bu günlərdə Almaniyada mültəci həyati yaşayan Abbas Cavadi adlı bir professor yuxarıda adını çəkdiyimiz rejmin rəsmi qəzeti olan “Sitareyi nou”ya verdiyi müsahibədə yenə Türk millətini və Türk kimliyini hədəf aldı. Mültəci aydın müsahibəsində qeyd edir ki, Azərbaycanlılar Türk deyillər, onlar iranlıdılar. Türk kimliyini onlara Quzey Azərbaycan və Türkiyənin maliyyələşdirdiyi ajanlar təbliğ edir. 

Göründüyü kimi, Türkiyənin bölgədə fəallaşması, Türk düşmanı olan fars rejmini də Türk kimliyinə qarşı fəalliyyətlərini sürətləndirməyə vadar edib.

Türkiyə və Güney Azərbaycandakı Türklüyə qarşı hücumlar bununlada bitmir. Üzdə İrana müxalif görünən BBC persian dünən yayımladığı bir reportajla Türkiyəyə və Türk millətinə qarşı olan kinini ortaya qoydu. 

Beləki, kanal Türkiyənin məlum əməliyyatı ilə bağlı hazırladığı reportajda Türkiyənin əsas məqsədinin İŞİD terrorçularını məhv etmək deyil, kürtləri o bölgədən yox etmək olduğunu dilə gətirdi. Reportajda həmçinin deyilir ki, Türkiyənin bölgədə güclənməsi İrandakı Türklərin daha da cəsarətlənməsinə səbəb olacaq. 

Ümumilikdə isə, reportaj başdan sona qədər Türkiyə qarşıtlığı ilə davam edir. Kanalın bu reportajı İranın mövqeyini açıq-aydın əks etdirir. Burdan belə nəticəyə gəlinir ki, məsələ Türk olanda hətta düşmən olan tərəflər də birləşə bilirlər. 

 

 

 

 

 

Comments,Baxışınız
oguz gif telegram