/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Fars molla rejmi daha 6 Azərbaycanlı milli fəala həbs hökmü verdi

Fars molla rejmi daha 6 Azərbaycanlı milli fəala həbs hökmü verdi

OğuzTV:Dünya ana dili günü münasibətinə rejim Azərbaycan milli hərəkatina ağır zərbələr yendırməyə və rəvani və pisixi basqılar artırmaya çalışır .Rejimin  məhkəmələri Güney Azərbaycanən muxtəlif şəhərlərində qondarma ittihamlarıla daha öncə tutub işgəncədən sonra müvəqəti azadlığa bıraxan Güney Azərbaycan milli fəalarına eyni gündə ağır hökmlər oxyub. Təbrizdə yerləşən rejimin İnqilab məhkəməsi Traxtur oyunu zamanı tutuqlanan 5 Azərbaycanlı milli fəal haqqında hökm verdi.


Oğuz Tv muxbirinin Təbrizdən verdiyi məlumata əsasən haqqlarında hökm verilən Azərbaycan milli fəalları bunlardır: Cəfər Rüstəmi, Əli Əhmədi, Siyamək Seyfi, Əli Sərrafi və Əsgər İbadzadə. Hər birinə 7 ay həbs cəzası kəsilib.Məhkəmə Adını çəkdiyimiz milli fəalların “nizam əleyhinə fəaliyyətdə”günahlandırıb.
Xatirladaq ki, bu Güney Azərbaycan milli fəalları  1391-ci il isfənd ayında (2013ci ilin fevralında) Traxtur və Əlcəzirə takımları arasında Asiya Ligində oynanan oyun zamanı qondarma ittihamlardan dolayı tutqlanmışdılar.
Bundan başqa 1392-ci ildə Ana dili günü münasibəti ilə Əhərdə toplantı keçimək istəyən Güney Azərbaycan milli fəallarından , Murtaza Məhəmmədi Təbriz məhkəməsinə çağrılıb.
Xatırladaq bugün molla rejimi Azərbaycanın ən qədim şəhərlərindən olan tehranda 4 milli fəallada 45 il   həbs hökmü oxuyub.Oğuz TV nin əldə etdiyi bilgiyə görə, Əlirza Fərşiyə 15 il həbs, 2 il Xuzistan vilayətinin Bağmilk şəhərinə sürgün, Əkbər Azad 10 il həbs, 2 il İlam vilayətinin Dərrəşəhr şəhərinə sürgün, Behnam Şeyxi 10 il həbs, 2 il Xuzistan vilayətinin Məscid Süleyman şəhərinə sürgün, Həmid Mənafei Nadarlı 10 il həbs, 2 il Lorestan vilayətinin Əzna şəhərinə sürgün.

Comments,Baxışınız
oguz gif telegram