/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » fars rejimi daha bir neçə Güneyli milli fəalı məhkəməyə çağrıdı

fars rejimi daha bir neçə Güneyli milli fəalı məhkəməyə çağrıdı

Oğuz TV: Fars rejimi Güney Azərbaycan milli fəallarına təziqlər göstərməyə dəvam edir. Son  həftədə Əhər şəhərində yerləşən fars rejiminin məhkəməsi daha bir neçə Güney Azərbaycan milli azadlıq hərəkətinin milli fəallarını tekrar məhkəməyə çağrıb.

OğuzTv muxbirinin Əhərdən verdiyi məlumata əsasən Məhkəməyə çağırılan milli fəalar , Murtaza Muhəmmədi ,İbrahim Nuri,Beytulla Bərzgər,Meysəm Colani ,Mənsur Seyfi və əlirza Çingizi (Çəngizi) avqustun 8-i Təbriz vaxtla saat 10:00-darejimin  hakimi qarşısına çıxmalıdırlar.
Xatırladaq 1395-ci ilin 2-isfəndində(2014 Fevralın 21ində )Dünya Ana dili gününü əziləmək mərasimində 80 nəfərə yaxın, Güney Azərbaycanlı milli fəal tutuqlanıb.Mərasim keçirildiyi zaman fars rejiminin təhlükəsizlik qüvvələri izinsiz silah və bibər qazla mərasimin keçirildiyi evə vəhşicə hücum edib və fəalları döyərək tutuqlayıb. tutuqlanan milli fəallar dəfələrcə işgəncəli istintaqlarda və məhkəmələrdə  , ” İran dövlətçilik sisiteminə qarşı fəaliyyət”, “İran adlanan ölkənin milli təhlükəsizliyi pozmaq” ,”Başqa xarici dövlətlərilə iş birliyində olmaq “kimi qondarma ittihamlarıla üzləşiblər.
Qeyd edək Fars işğalçı rejimi Güneyli milli fəallar Əkbər Əbulzadə, Süleyman Kazimi, Hamid Allahverdipur və Arəş Cəfəri İbrahim Nuri ,Mənsur Seyfi , Əlirza Çəngizi, Arəş Cəfəri , Saleh Molla Əbbasi ,Beytullah Bərzgər,İMurtaza Muhəmmədi , İsrafil Fətullahzadə və daha bir çox milli fəali 1 il içərisində neçədəfə əsasiz qondarma ittahmlara dayanaraq Əhərdə yerləşən fars inqilab məhkəməsinə çağırıb.Adını çəkdiyimiz Güney azərbaycanlı milli fəallar bundan öncə də Güney Azərbaycanın azadlığı və türk millətinin milli haqları uğrunda apardığıları mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və özlərilə birgə ailə ləridə müxtəlif təzyiqlərə və işkəncələrə məruz qalıbdır.

Bu slaydşou üçün JavaScript lazımdır.

 

 

Comments,Baxışınız
oguz gif telegram