/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Fars rejimi idmançıların Türkiyəyə getməsini yasaqladı

Fars rejimi idmançıların Türkiyəyə getməsini yasaqladı

Oğuz TV: İran adlanan yerin komandalarının Türkiyəyə gedişi, bu sözdə ölkənin İdman Nazirliyinin göstərişi ilə ləğv edilib.
Oğuz TV nin aldığı bilgiyə görə, İran adlanan ölkə, Türkiyədə keçiriləcək Uluslararası Vehbi Emre və Yaşar Doğu Güləş Turnirlərinə qatılmayacağını bildirib. Bu ay ərzində keçiriləcək hər iki turnirə qatılmağa hazırlaşan güləşçilərin Türkiyəyə gedişi, İran adlanan ölkənin İdman Nazirliyinin göstərişi ilə ləğv edilib. Nazirliyin nə üçün belə bir qərar verdiyinə dair isə bilgi verilmədi.

İran adlanan yerin Güləş Federasiyasından verilən açıqlamada, “Yetkili orqanların qarşı çıxması səbəbindən 4-5 Mart tarixlərində keçiriləcək Uluslararası Vebi Emre Turniri ilə 12 Martda keçiriləcək Uluslararası Yaşar Doğu Sərbəst Güləş Turnirinə gidilmeyecek” deyildi.

Xatırladaq ki iran fars molla rejimi ilə Türkiyə dəvlətinin arası fars rejiminin bölgədəki fars milliyətçiliyi siyasətləri nədəni ilə gərginləşmişdi.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture