/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Fars rejimi İraqı qarşıdırmaq üçün bağdada adam göndərib

Fars rejimi İraqı qarşıdırmaq üçün bağdada adam göndərib

Oğuz TV: İraqda İrana yaxın olmayan keçmiş Şiə milis lideri Muktada əl-sədrin sekularların da dəstək verdiyi koalisiyanın 12 Maydakı seçkilərdən qalib çıxması fars molla rejimini hərəkətə keçirdi.

Oğuz TV nin aldığı bilgiyə göre, İran adlnan yerin Ortadoğu siyasətinin memarlarından olan İnqilab Keşikçilərinin Qüds Qüvvəsinin Komandanı Qasım Süleymaninin hökumət bazarlıqları üçün Bağdadda olduğu bildirilib.

SƏDRƏ QARŞI MANEVR

Reutersa görə bazarlıqlara yaxın iki nəfər, Süleymaninin seçkilərin keçirildiyi şənbə günü gəldiyini bildirib. Seçkilərdən əvvəl İran, Sədrin blokunun hakimiyyətə keçməsinə icazə verməyəcəyini bildirmişdi. Seçkilərdən Sədrin bloku birinci, İran dəstəkli Bədr milis qrupunun komandiri Hadi əl-əmiri ikinci, Amerikaya yaxın İraq Baş Naziri Heydər əl İbadinin ittifaqı üçüncü çıxmışdı.

Sədr də digər iki qrupla razılaşmadan yana olmadığını ifadə etmişdi. İranın rəqibi Səudiyyə Ərəbistana gedən, Tehrana məsafəli olan Sədrin hakimiyyətə gəlməsini rəqiblərinə hökumət qurduraraq əngəlləmək istədiyi bildirilir.

Muktada əl Sədrin milis gücü, Amerika işğalı sonrasında müqavimət göstərmişdi. Zamanla yoxsullara sahib çıxan, korrupsiyaya qarşı mübarizədə başı çəkən Sədr, sekularlar da əməkdaşlığa girmişdi.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture