/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Fars Rejimi Milli fəallara basqıların artırır,Rejimin Məhkəmələri Milli fəallara qarşı durmadan hökm çıxarır

Fars Rejimi Milli fəallara basqıların artırır,Rejimin Məhkəmələri Milli fəallara qarşı durmadan hökm çıxarır

OğuzTV:May ayının 18də,Güney Azərbaycanın başkəndi Təbrizdə yerləşən fars rejimini Təmiz(Təcdid Nəzər- Apelyasiya) Məhkəməsinin 19 cü şübəsi (Bölməsi)  iki Güney Azərbaycanlı milli fəalı olan Milad Əkbəri və Əli Həmzəzadə haqında ana məhkəmənin çıxardığı 4 aylıq həbs qərarı qüvvədə tutub.

 

Bundan öncə İran rejiminin təbrizdəki məhkəməsi M.Əkbəri və Ə.Həmzəzadə üçün “iran dövlətinin və sisteminin əleyhinə təbliğ” və “Yığncaqlar və toplaşmalar tərtib və təşviq etmək”də ittihamila 4 aylıq həbs qərarı istəmişdi.

Xatırladaq 2016-cı il iyunun 30-da Fars rejiminin Təbrizdəki İttilaat (ETTELAAT – İran Kəşfiyyat Nazirliyi)  qüvvələri tərəfindən tutuqlanıb  M.Əkbəri 16 və Ə.Həmzəzadə 17 gün işgəncədən sonra Təbriz zindanının karantin bölümünə köçürülmüşdürlər. Bu ikəncələrə qarşı həbsdə olan milli fəallar aclıq eyləmi keçirərmiş və nəhayət   100 milyon tümənlik ağır mülki vəsiqə qarşılığında müvəqqəti azad olmuşdurlar.
Güney Azərbaycanın digər əsir milli fəali ,Siyamək Mirzayi qurulan təmiz məhkəmədə Təxirə salınıb .10 il həbsə məhkum olan iyidin məhkəməsinin dəqiq vaxtı hələ bəlli deyil.

İndilik Tehranda Evin zindanının 8-ci korpusundə(Bəndində)ağır psixi və fiziki işgəncəyə məruz qalan 36 yaşlı Siyamək Mirzayi , 2016-cı il, iyulun 14-ü İttilaat (ETTELAAT – İran Kəşfiyyat Nazirliyi)  qüvvələri tərəfindən Muğan(Parsabad) şəhərində, şəxsi ərzaq mağazasında tutulmuşdur. 

Xatırladaq Tehranda fars rejiminin inqilab məhkəməsi, Siyamək Mirzayini milli təhlükəsizliyinə qarşı çıxmaq  ,qanunsuz qurum yaratmaqda günahlandırılaraq,  10 il həbsə və 2 il   Təbəs şəhərinə sürgünə məhkum edib.

 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture