/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Fars rejimi Rus ordusuna sonsuz yetki verir

Fars rejimi Rus ordusuna sonsuz yetki verir

Oğuz TV: Moskvada yerləşən İran adlanan yerin Dışİşlər Naziri Cavad Zərif, Rusiyanın İrana məxsus hərbi bazalarını, Suriyadakı terrorçularla mübarizə üçün “lazım olduqca” istifadə edəcəyi açıqlayıb.

Oğuz TV nin aldığı bilgiyə görə, Zərif, Reutersa verdiyi müsahibədə “Rusiyanın İran adlanan yerdə hərbi bir bazası yoxdur, yaxşı əməkdaşlığımız var. Terrorla mübarizə aparmaq üçün Rusların İran adlanan yerin təsislərini qullanması lazım gələrsə hər bir tələbi bir-birindən ayrı olaraq dəyərləndirib qərar verəcəyik” dedi.

Rusiya, Suriyadakı terrorçu qruplara hava əməliyyatları keçirmək üçün ötən yaz İran adlanan yerin Həmədan bazasını istifadə etmişdi. Beləliklə, İkinci Dünya Müharibəsindən bu yana ilk dəfə xarici bir ölkə bir İran adlanan yerin bazasını istifadə etmiş oldu.

Zərif, Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedən İran adlanan ölkənin Prezidenti Həsən Ruhaninin heyətindəki nazirlərdən biri.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture