/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Fars rejimi Tehranı başkəntlıqdən çıxarmaq istəyir

Fars rejimi Tehranı başkəntlıqdən çıxarmaq istəyir

 
Oğuz TV: İran adlanan yerin parlamentindən 73 deputat, Xamaneyi dən başkəntin Tehrandan başqa bir şəhərə daşınmasını nəzərdə tutan planın həyata keçirilməsinə dəstək istədi.
 


 
 Oğuz TV nin aldığı bilgiyə göre, Məclis Xəbər Agentliyinə danışan deputat Əbulfəzl Əbuturabi, Tehranın qalabalıq olması, hava çirklənməsi, trafik sorunu və zəlzələ riski kimi səbəblər nəzərə alınaraq hazırlanan və Dekabr 2013 də məclisdə təsdiq olunan layihənin həyata keçirilməsini istəyən 73 deputatının Xameneyi’ə məktub yazdığını söylədi.
 
Azərbaycan Türklərinin qədim şəhəri Tehranda yanvar ayında 26 adamın həyatını itirdiyi Plasko İş Mərkəzində çıxan yanğına işarə edən Əbuturabi, “Bu hadisə Tehranda şəhərsalma baxımından təhlükə zənglərinin çaldığını göstərdi. Vəkillərin Xameneyi’ə xitabən qələmə aldığı məktubda, onun başkəntin daşınması üçün nümayəndələrə lazımı istiqamətləndirməyi etməsi tələb edilib”. Dedi.
 
Deputat, “Plasko hadisəsi Tehranın bu cür hadisələrə qarşı nə qədər müdafiəsiz olduğunu göstərdi”. Deyə danışdı. Bu vəziyyətin başkəntin Tehrandan başqa bir şəhərə daşınması barədə planın zərurətini də ortaya qoyduğunu bildirən Əbuturabi, “Bir əvvəlki məclis dövründə ölkənin siyasi və hakimiyyət paytaxtının köçürülməsi haqqındakı layihə qəbul edilmişdi. Buna baxmayaraq Ruhani bu ana qədər bu layihənin həyata keçirilməsinə lazımi əhəmiyyət vermədi”. İfadələrini qulandı.
 
 İranda adlnan yerdə paytaxtın, 16 milyon əhaliyə sahib Tehrandan başqa bir şəhərə daşınmasına yönəlik layihə, 25 Dekabr 2013 də 290 yerlik məclisdə 110 millət vəkilinin səsilə qəbul edilmişdi. Plan çərçivəsində yaradılan şura, paytaxt üçün “ən yaxşı alternativin hansı olacağı” məsələsində işlər aparır.

 

Comments,Baxışınız
oguz gif telegram