OğuzTV:Amerika Prezidenti Donald Tramp 7 ölkə vətəndaşlarının Amerikaya girişinə icazə verməyən qanun layihəsini ləğv etməyənə qədər Amerika vətəndaşları da İrana buraxılmayacaqı xəbəri iran tərəfindən yayılıb.
İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur ki :“İran vətəndaşlarının hüquqlarını qorumaq üçün Amerikanın təhqir dolu qanunu ləğv olunana qədər qarşılıqlı addım əsasında hərəkət edəcəyik. Bu qərar 3 aylıq olsa da, İran xalqına qarşı bir təhqirdir”.
İran-Amerika Arasında gərginlik qızışır,İsveçrə səfiri danlandı
Amerikanı İranda təmsil edən İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirliyin sözçüsü Bəhram Qasımi bildirib ki, məsələ ilə bağlı səfirə xəbərdarlıq edib.
Qeyd edək ki, Trampın imzaladığı sənəddə Suriya, İraq, Liviya, İran, Sudan, Somali və Yəməndən ABD-a getmək istəyənlərə 90 gün viza verilməyəcəyi və Suriyadan ikinci təlimata qədər heç bir miqrantın alınmaması qeyd olunur.Amerika yeni höküməti inanır ki bu 7 ölkə terrora meylli potansiyeli birmcı yerdədəir və casusluq üçün maşa olan bu 7 ölkə vətəndaşlarını Amerikadan uzaq tutmaq gərəkir.