/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Fars rejimi Urmu Gölünün Qurudulmasına etiraz üçün toplaşan yüzlərlə Güney Azərbaycanlıya hücum edib(Görüntü -video)
Yüzlərlə Vətən sevənn Azərbaycanlının toplandığı dinc yığıncaq İran təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. آزربایجان تورکونون اوجا سئسی 👇👈 اوغوزتی‌وی OğuzTV 🔗 @oguztv 📘📕📗

Fars rejimi Urmu Gölünün Qurudulmasına etiraz üçün toplaşan yüzlərlə Güney Azərbaycanlıya hücum edib(Görüntü -video)

OğuzTV:iyulun 14-ü axşam çağı Güney Azərbaycanın Urmu şəhərində “Urmu_Təbriz keçid körpüsü ” üstündə bir araya gələn Azərbaycan Türkləri iran Rejimininn vəhşi hucümlarına məruz qalıb.Yüzlərlə Azərbaycanlı Fars rejiminin qəsdi Urmu gölünün qurudulmasına mədəni və dinc etiraz olaraq “Urmudan-Təbrizə insan zənciri” adında eyləmi düzənləmək üçün bir arya gəliblər.

Ancaq vətən sevən Azərbaycanlılar bu dinc eyləmi həyata keçirmək ərəfəsində İran rejiminin nizami qüvvələrinin hücumu ilə üzləşiblər.Oğuz Tv Xəbər otağına daxıl olan bilgiyə əsasən, bir neçə Azərbaycanlı həbs olunub bir neçəsinin maşınına trafik polisi əl qoyub və özü ilə aparıb.Urmiyədən Oğuztv muxbirinin verdiyi bilgiyə əsasən molla rejimi dünən axşam saatlarından Urmuda hökümət nizami vəziyyət yaradıb və rejimin Təhlükəsizlik qüvvələri Urmu şəhrinin Gölə gedən caddələrində və yollarında və eləcədə Urmu-Təbriz keçid körpüsü istiqamətində olan xiyabanlar və böyük yollarda (bozrgrah Kəlantəri) silahlı qüvvələri yerləşdirib.
.Qeyd edək tutuqlanan Azərbaycanlılar arasında Güneyli milli fəal Məhəmməd Hüseynzadənin kimliyindən başqa digər tutuqlanan milli fəalların kimliyindən və taleyindən əlimizdə bilgi yoxdur.

 

 

Bu slaydşou üçün JavaScript lazımdır.

 

oguz gif telegram