/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Fars rejimində “ailələr“in nüfuz və mali güc savaşı ya islahatçı-Mühafizəkar siyasi ayrılıqı

Fars rejimində “ailələr“in nüfuz və mali güc savaşı ya islahatçı-Mühafizəkar siyasi ayrılıqı

OğuzTV:İyulun 15-də Fars rejiminin  prezidenti Həsən Ruhaninin qardaşı və eyni zamanda, xüsusi məsləhətçisi olan Hüseyin Firudun(Ruhani) maliyyə fırıldaqlarından səbəb həbs edildi.  O, səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirildi və daha sonra sərbəst buraxıldı. Bütün bu hadisə iyirmi dörd saat içində olub-bitdi.

Lakin mövcud vəziyyətdə bu qənaətə gəlmək olar: Firudun səhhətinə görə sərbəst buraxılmayıb. Çünki siyasi və siyasi olmayan səbəblərlə həbsdə olanlar arasında çox ciddi sağlamlıq problemləri olanlar var və İran məhkəmə sistemi onların heç birinə ən kiçik bir müalicə haqqı vermir. Həbib sasaniyan -Sİyamək mirzayi ..

İran bürokratiyası belə bir əməliyyatın bu qədər qısa müddətdə tamamlanmasına imkan tanımayacaq dərəcədə kobuddur.
Hüseyin Firudunun əleyhinə olan iddialarla bağlı bunu soruşmaq lazımdır: İranda vəzifəsindən sui-istifadə etməyən varmı? Maliye oğurluq eləmiyən varmı ? Öz aralarında birbirinin fəsadlarını bilməyənləri varmı?
Rejimin ilk yarnışından bəri, rejim içində yetişən və dövlətin illərdir ən həsəs məqmini işğal edən (Dövlət Milli Təhlükəsizlik şurasının başı )sonra prezident məqamına gələn Ruhani rejimin və məsullarının bütün gizli saxlısını bilən birisidir.

Dövlət Milli Təhlükəsilik şürasının başı demək, bütün istihbaratları kontrol edən ,dövlətin siyasi pilanlarını oyunlarını çizan ,Hətta xamneyə yol göstərən məqam deməkdir.Ona görədə Ruhaninin əli boş olmadığı bəllidir.(Tülkü,ləqəbidə bunun üçün qoyulub)

Beynəlxalq Şəffaflıq Təşkilatı tərəfindən araşdırılan 176 ölkə arasında İranın qlobal indeksi 131-dir. 
Ruşvət va miliyə fəsad iddialarından çox-çox əvvəl Firudun nüvə müzakirələri əsnasında da Medya manşeti olmuşdu.Ancaq bu təkcə Ruhani deyil bəlkə rejimin üst düzüyində ,Xamneyinin ,Xumeyninin ,Rəfsəncanidən ta aşağı düzeylərinə qədər   bütün rejim rəhbərlərinin qohumlarında milyardlar dolar oğurluq,fəsad ,rüşvət mövcüdür .

Müzakirə qrupunun rəsmi üzvü olmasa da, az qala hər müzakirə toplantısında o, iştirak etdi. Həsən Firudunun müzakirə heyəti ilə prezident Ruhani arasında fərdi bir elçi vəzifə tutduğu iddia edildi. Ancaq Firidunun son illərdə tutduğu prezidentə xüsusi məsləhətçilik vəzifəsi müxalifləri tərəfindən prezidentə qarşı tayfabazlıq və qohumluqdan sui-istifadə etməklə hökumət işlərinə müdaxilə etmə suçlanmasına yol açdı.

Maraqlıdır ki, rejimin başı Xamneyi yaxın qohumların eyni hökumətdə vəzifə tutmasına etiraz etmir və  zatən iran molla hökümətinin omurqası tanıdıq  güvənirli insanlardan təşkil olunub. Sabiq prezident Məhəmməd Xatəmi və kabinet üzvləri ilə 2001-ci ildəki görüşündə Xamnei,  Musanın qardaşı Harunu özünə naib təyin etdirməsi niyazına dair Quran ayələrini oxudu və tayfabazlığı məşrü tanıtmaq üçün  dedi:”Bu xüsusu Rəfsəncaninin prezidentliyi dövründə dilə gətirdiyim kimi, prezident Xatəmiyə də söylədim. Ona qardaşı Əli Xatəmini istintaq orqanına rəhbər təyin etməsini tapşırdım. O da onu təyin etdi, çox da gözəl oldu!”

Buna görə də, qohumbazlıq İran siyasi mədəniyyətinin bir parçasıdır. 
 
Son qırx ildə qohum olmayan fars rejimi rəsmilərinin çoxu bir-biri ilə qohumlaşıb. Buna “inqilabi evliliklər” deyilməsi təsadüfi deyil. İranda qurulmuş nizam eyni ictimai qruplar arasında evliliklərlə meydana gəlmiş kompleksi təşkil edir.

Məsələn, sabiq prezident Məhəmməd Xatəminin qardaşı  Xomeyninin nəvəsiylə evlidir. Məclis sədri Əli Laricani Əli Mütəhhərinin bacısı ilə. Dini liderin oğlu Müctəba Xamnei sabiq Məclis başçısı Həddad Ədalətin kürəkənidir. 
Xamneyinin digər oğlu Məsud Xamnei isə rejimin sabiq xarici işlər naziri Kamal Xərrazinin qardaşı qızı ilə ailə qurub. Kamal Xərrazinin oğlu Məhəmməd Xatəminin qızıyla evlidir. Dini liderin qızı, dikta liderin ofisinin başçısı molla Gülpayeqaninin oğluna ərə gedib. İslam İnqilab Keşikçilərinin sabiq komandiri Möhsün Rezainin oğlu Xomeyninin nəvəsiylə ailə qurub. Tehranın böyük gücə sahib mövcud bələdiyyə başçısı Qalibaf dini liderin xanımının qardaşı oğludur.

Bu siyahı səhifələrlə uzanar gedə bilər. Qısa nəticə budur: bu evliliklər nəticəsində yaranan qohumluqlar bu insanlarda tipik bir qəbilə zehniyyəti inkişaf edib. Öz içində siyasi çatlaqlıqları qohmluq bağıla bir birinə bağlayan fars işğalşı rejimi bir digər probləmlə üzləşıb .Bu Sorunun rejimin içində olan qohum məsulların Oğurluqda və  pul yeməkdə bir bir birilə rəqabət edir və madi fəsad ölkənin hər tərəfini bürüyüb.
İndi, bu inqilab evlilikləri ilə meydana nəticəyə baxdıqda, Həsən Ruhaninin güclü ailə bağlarına malik olmadığını görürük.
Bu dezavantaj üzündən prezidentliyinin ilk günlərindən bəri Ruhani öz adamlarını sistemə salmağa çalışır. Son dörd ildə Ruhaninin onlarla yaxın qohumu hökumət vəzifələrinə gətirdi.
Bir neçə nümunə vermək lazım olsa, Ruhaninin qardaşı oğlu Əbdülhüseyn Firudun – Elm, Tədqiqat və Texnologiya Nazirliyinin katibi vəzifəsindədir. Digər qardaşı oğlu İsmayıl Səmavi prezidentə məsləhətçilik edən qrupdadır, gənclər heyətinin başçısıdır. Qardaşı oğlu Əli Munisa Kiş azad ticarət zonasının direktorluğunu edir. Ruhaninin qardaşı qızı Tahirə Qəyyumə isə prezident sarayının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəridir.

Buna görə də İranın siyasi üfüqündə bir-birilə yan-yana irəliləyən və bir-birilə əlaqəli iki gərginlik var.İşğalşılıq ,Fars ırçılıq idiyasında qurulmuş nizamın seçmə fərdləri, qəbilə zehniyyətinə görə,  Ruhani tərəfindən iqtidar quruluşu içində yeni bir ailənin yaranmasına digər qüvvələr müqavimət göstərir.Yeni ailə  hazir ailələrdə həl olunmaması  və əlavə ailə olaraq ailələrə daxil olunmasi,güc və sərvətləri talan edənləri nigran qoyub.İranda siyasi görünən İslahtçi ,Mühafizəkar dəstələridə əslində siyasi ixtilafları olmadan mali çatışmamazlıqdan ayrılan dəstələrdir.
 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture