/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Fars rejimindən Amerikan güləşçilərinə qadağa

Fars rejimindən Amerikan güləşçilərinə qadağa

Oğuz TV: İran adlanan ölkənin Dışişləri Nazirliyi, Amerikanin uyguladığı viza qısıtlamasına cavab olaraq 16-17 Fevralda İran adlanan ölkə də keçiriləcək Dünya Güləş Çempionatı Oyunlarına Amerikalı güləşçilərin qoşulmasına icazə verilməyəcəyini açıqlayıb.

Oğuz TV nin aldığı bilgiyə görə, İran adlanan ölkənin Dışişlər Nazirliyinin aldığı qərarın ardından İran adlanan ölkənin Güləş Federasiyonu uluslararası Güləş Federasyonları Birliyinə (FILA) məktub yazaraq ABD Güləş taxımının İran adlanan ölkə də qəbul etməyəcəyini bildirdi.

İran adlanan ölkənin Güləş Federasyonu, FILA ya göndərdiyi məktubda, ABD Prezidenti Donald Trumpın İran adlanan ölkə və 7 Müsəlman ölkə vətəndaşına uyguladığı qısıtlamaların “qeyri insani” və “qeyri əxlaqi” olduğu bildirilərək, “İran adlanan ölkənin aldığı mutəqabiliyət ilkəsi gərəyi, İran Güləş Federasyonu, ABD Güləş taxımını qəbul edə” bilməyəcək – deyə qeyd edib.

Türkiyə və Azərbaycanın də qatılacağı Sərbəst Dünya Güləş Çempionatı Oyunları, 16-17 Fevralda İran adlanan ölkənin Kirmanşah şəhərində keçiriləcək.

oguz gif telegram