/  
Ön yapraq » Oğuz xəbər » Fars rejiminin qaralama kampanyalarına baxmayaraq Türkiyə’yə İrandan və güney Azərbaycandan tursit yağır(Görüntü)
Bazargan

Fars rejiminin qaralama kampanyalarına baxmayaraq Türkiyə’yə İrandan və güney Azərbaycandan tursit yağır(Görüntü)

 

Oğuz TV: 13 günlük novruz tətilini Türkiyədə keçirmək istəyən çox sayda İran adlanan yerdən turist, Türkiyənin Kapıköy Sınır Qapısında çiçəklərlə qarşılandı. Vandakı alışveriş festivalına təsadüf edən novruz tətilini qiymətləndirmək üçün 4 gündə 7 min 280 turist Vana gədib.


 
Oğuz TV nin aldığı bilgiyə görə, Van Ticarət və Sənaye Odası (TSO) idarə heyətinin üzvləri ilə şirkət və hotel sahibləri, sınır qapısından giriş edən turistləri qərənfillərlə qarşıladı. Heyət, sınır qapısında turistlərin Novruz Bayramını təbrik edərək şokolad hədiyyə edib.
 
 Şəhərdə “Van Shopping Fest” adı altında 15 Mart-5 Apreldə keçirilən alıçveriş festivalına təsadüf edən Novruz tətili, dörd bir yanı işıqlarla rövnəqləndirilən küçələrdə məhsullarını tanıdan dükançı sevindirdi. Gömrük və Ticarət Nazirinin Müavini Fatih Çiftci, Kapıköy Sərhəd Qapısında sıxlıq öncəsi lazımlı hazırlıqların aparıldığını söylədi.
 
 Sınırqapısına əlavə gömrük məmurları və pasport polisləri tapşırıq verdiklərini ifadə edən Çiftci, belə danışdı:
 
 “Sınır qapısında yolcu olduğu müddət ərzində iş anlayışına asılı xidmət veriləcək. Sərhəd qapılarında hər cür tədbiri aldıq. Nazirlikdən və bölgə idarələrindən yaradılan xüsusi qruplar tərəfindən mütəmadi olaraq izlənilir və nəzarətlər aparılır. Bundan başqa, Kapıköy Sınır Qapısındakı tikinti işlərinin avqust ayı kimi tamamlanması qapımız 24 saat uluslararası giriş çıxışlara açılacaq. Ayrıca Gürbulak Sərhəd Qapısında da yeni bir layihə işi aparılır. Orada da yeni bir layihə həyata keçirəcəyik”.
 
 OTELLƏRDƏ YER QALMADI
 
 Şəhərdəki bir otelin müdiri Rəşad Yeşilağaç, əsnafın uzun zamandır İrandaan olan milletlər Oğuz bayramı (novruz) tətilərini gözlədiyini söylədi. Son üç ilin ən böyük turist axınına şahid olduqlarını dilə gətirən Yeşilağaç, “Şəhərdəki otellərimiz tamamilə dolmuşdu. Qarşıdakı 15 gün ərzində bu intensivliyin davam edəcəyini gözləyirik. Bu sıxlıq, son günlər iqtisadi baxımdan sıxıntı yaşayan əsnaflarımıza yaxşı gəldi”. Dedi.

Bu slaydşou üçün JavaScript lazımdır.

 

Comments,Baxışınız
oguz gif telegram