/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Fars rejiminin sosyal şəbəkə və internet ilə savaşı yeni boyut alır
İran sosial mediadan "yaxa qurtarmağ"a sürət verir

Fars rejiminin sosyal şəbəkə və internet ilə savaşı yeni boyut alır

OğuzTV:İran adlanan ölkənin ırqçı və dikta rejimi  bəzi saytların istifadəsinə məhdudiyyətlər tətbiqlərini çoxladacaq

Oğuztv xəbər otağının BBC dən əldə etdiyi bilgiyə əsasən , fars molla rejiminin İrtebatat və Muxabirat (kommunikasiya və informasiya texnologiyaları) üzrə naziri Mahmud Vaezi yerli sosial şəbəkələrə üstünlük verdiyini deyib.

“Yaxşı material, yerli istehsal olan tətbiqlər və proqramlara dair iranlıların ehtiyaclarını təmin etməyə səy göstəririk. “.

Onun sözlərinə görə İran son dörd il ərzində bir çox sosial media platformalarını bloklayıb. Lakin bunun ardınca istifadəçilər dərhal başqa şəbəkələrə keçib.Ruhaninin naziri dörd yerli sosial media platformasının artıq hazır olduğunu qeyd edib. Onun sözlərinə görə onlardan bəzilərinin artıq 2 milyon istifadəçisi var.Nazirin 5 milyondan artıq istifadəçiyə malik platformanın maliyyə əməliyyatları apara biləcəyini bildirib.

 

“Biz gözləyirik ki, yerli şəbəkələr normal fəaliyyətə qadir olduqlarını isbat etsinlər və biz xarici sosial mediadan yaxa qurtarmağın müəyyən yollarını tapacağıq”.

Hakimiyyətə əsasən, daxili şəbəkəyə (intranet) dair təşəbbüs interneti daha səmərəli, təhlükəsiz etməklə xərcləri də azaldacaq. Lakin Fars rejiminin zülmündən cana gələn xalqlara görə əsas məqsəd İnternet üzərində nəzarəti və kontrolu gücləndirməkdir.Qeyd edək ki OğuzTvdə milyonlar vebsitə kimin iranda filter və blukadadır .Rejim bir çox sisyal şəbəkə fəallarına iranda basqılar və təzqilər göstərir.

Comments,Baxışınız
oguz gif telegram