/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Fars rejiminin Təhsil naziri:İranda ikinci xarici dil Rusca olacaq
وزیر آموزش و پرورش :زبان اول فارسی , زبان دوم روسی میشود

Fars rejiminin Təhsil naziri:İranda ikinci xarici dil Rusca olacaq

OğuzTV:Rus dili İran məktəblərində ikinci xarici dil kimi tədris olunacaq.Bu sözləri Moskvada səfərdə olan İran fars rejiminin Təhsil naziri Məhəmməd Bəthai Rusiya Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonovla görüşdə deyib.

Görüşlə bağlı İran adlanan ölkənin mətbuatına açıqlama verən Bəthai bildirib ki, o, ingilis dilinin ölkə məktəblərində ikinci dil olaraq aradan qaldırılması, onun yerinə rus dilinin tədris olunmasının tərəfdarıdır:

“Rusiya Dövlət Dumasının Təhsil Komitəsinin sədri V.Nikonovla görüşümdə Rusiya məktəblərində fars dilinin tədrisinə yer verilərsə, biz də qarşılıqlı bir razılaşma əsasında İran məktəblərində rus dilinin ikinci xarici dil kimi tədrisinə başlaya biləcəyimizi dedim. Belə olduğu halda, rus dili İran məktəblərinin ikinci xarici dili olacaq”.
Qeyd edək ki iran adlanan yerin 75% Əhalisi Qeyri fars millətlərdir ki öz ana dillərində təhsil almaqdan məhrumdurlar.8 millət arasında ən çoxunluğu təşkil edən türklər və başlarında Azərbaycan türkləri  təşkil edir. 80 ildən bəri milyonlar türkün ana dili nəinki dövlət dəstəyindən məhrumdur, hətta dövlət zərbəsi ilə üz-üzədir.
Hazırda İranda öz şəxsi vəsaiti hesabına türk dilinin inkişafı üçün çalışan və ana dildə təhsil tələb edən çox sayda Azərbaycan Milli Hərəkat fəalı məhkəmə qərarı ilə zindanlarda məhbus həyatı yaşamaqda, ailələri isə təhlükəsizlik qüvvələrinin təzyiq və təhdidlərinə məruz qalmaqdadır.

Comments,Baxışınız
oguz gif telegram