/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Farslar Azərbaycan türklərini təhqir etməyi, sistemli olaraq dəvam edirlər

Farslar Azərbaycan türklərini təhqir etməyi, sistemli olaraq dəvam edirlər

OğuzTV:İranın idman mətbuat orqanlarından olan “Qladiator sorx” (Qırmızı Qladiator)qəzeti Azərbaycan Türklərini hədəfə alaraq birinci səhifəsində təhqiramiz cümlələr dərc edib.

 “Qladiator sorx” internet qəzeti Azərbaycanın “Traktor” və iranın “Perspolis” yığmalarının görüşündən sonra türkləri təhqir edərək birinci səhifəsində “Pantürklərin canına od saldıq, türk kababı” cümləsini yazıb.

Qəzet həmçinin “Traxtor” – “Perspolis” oyunundan öncə yaydığı bir məlumatda “Səudiyyənin Əl-əhlisindən öncə zibh edin, Əl-vəhşi Təbriz” ifadəsini birinci səhifədə dərc edib.

Qəzet təhqiramiz cümlələri İnstaqram səhifəsində yaydıqdan sonra ona qarşı etirazlar başlayıb, azərbaycanlılar sosial şəbəkələrdə “Qladiator sorx” qəzetindən üzr istəməsini və onun lisenziyasının ləğv olunmasını tələb edirlər.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture