/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Farsların Türklərə qarşı İrqçi şüarlarına etiraz edən Urmulu voleybolçular cəzalandırılıb

Farsların Türklərə qarşı İrqçi şüarlarına etiraz edən Urmulu voleybolçular cəzalandırılıb

OğuzTV:Mazəndaran stadionda türklərə qarşı irqçi şüarlar səsləndirildiyi üçün oyunu tərk edən Urmiyə Bələdiyyə Klubunun iki oyunçusu fars rejiminin Voleybol Federasiyası tərəfindən cəzalandırılıb.

 

 Oğuz Tviyə daxil olan məlumatda , keçən həftə iran adlanan yerin Mazandaran vilayətinin mərkəzi Sari şəhərində Urmiyə və Sari şəhərlərinin voleybol takımları arasında keçirilən bir yarış zamanı həmişə olduğu kimi Türklərə “irqçi şüarlar və söyüşlər” səsləndirilib.
Urmu  oyunçuları Əbdülrza Əlizadə və Armin Təşəkküri oyunu tərk edərək şüarlara etiraz bildiriblər.

Olayın ardınca fars irqçılığının başı olan iran ,Voleybol Federasiyasının İntizam Komitəsi iki voleybolçunu gələcək iki oyundan  məhrum edib.

Farsların Tasnim agentliyi bildirir ki, Urmu klubunun qərara etirazı nəticəsində Əbdülrza Əlirzadənin cəzası şərti cəzaya çevrilmiş, Armin Təşəkkürinin isə sadəcə bir oyundan məhrum edilməsinə qərar verilmişdir.

 

Son illərdə xüsusilə Azərbaycan və Əhvaz bölgələrində milli azadlıq hərəkati gücləndikcə ,İran molla faşıst rejiminin basqılarından dolayı  bölgələrdə yerləşən idman klubları işğal altından olan türk və ərəb millətlərin siyasi və milli tribununa çəvirilib ,bunun üçündə mütəmadi olaraq fars rejimi fars və irançı qüvvələrinin təhqir və təziqlərinə məruz qalılar .
İran adlanan ölkənin stadionlarında,Tv və mediasında ,dərsi kitablarda ,gündəlik fokahi və söhbətləşmədə türklər və ərəblərə qarşı irqçi şüarların səsləndirilməsi normal bir hal alsada son illər bu irənc siyasətə qarşı Türklər və Ərəblər siyasi və mədəni cəvablar verir .

oguz gif telegram