/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Fransa və İngiltərə Trumpın İranla bağlı alacağı qərara görə təşviş içindədir

Fransa və İngiltərə Trumpın İranla bağlı alacağı qərara görə təşviş içindədir

Oğuz TV: Bütün dünya 12 May da Amerika prezidenti Donald Trumpın İran alnan ölkəylə bağlı verəcəyi qərarı maraqla gözləyir. Tump, iran adlanan ölkəyələ olan andlaşmadan ayrılmaq istəyir ancaq Fransa dövlət başcısı bunun savaşa nədən olabiləyəcəyını deyib, İngiltərə isə bu qərarın xəta olacağını bildirib.

Oğuz TV nın aldığı bilgiyə görə, Almaniyada dərc olunan Der Spiegele danışan Fransa Prezidenti Emmanuel Macron, Amerika-nın İranla 2015-ci ildə imzalanan nüvə müqavilədən çəkilməsinin savaşa yol aça biləcəyini söylədi. Macron, Donald Trumpın İran ilə P5+1 ölkələri arasında (ABD, Böyük Britaniya, Çin, Fransa, Rusiya və Almaniya) imzalanan nüvə müqavilədən çıxma planlarını qiymətləndirib.

Macron, “Pandora qutusu açılır və savaş çıxar” deyib. Macron, Trumpın yeni bir münaqişəni qızışdırmaq məqsədi daşıdığını düşünmədiyini də qeyd edib.

İngiltərə Nigərandır

İngiltərə Xarici İşlər Naziri Boris Johnson Prezident Donald Trumpa, İran ilə 2015-ci ildə imzalanan nüvə müqavilədən çəkilməməyə çağırıb. “Andlaşmayı tərk etmək səhv olar” deyən Boris Johnson ABD-ni müqavilədən çəkilməməyə inandırmaq üçün Vaşinqtonda danışıqlar aparır.

Amerika New York Times qəzeti üçün məqalə qələmə alan Johnson, nüvə məhdudiyyət qaldırmayın “yalnız İrana yarayacağını” dedi və “İranın heç bir nüvə silahına malik olmamasına qarşı bütün variantlar arasında bu müqavilə ən azı çatışmazlığa malik” dedi.

İngiltərə və Avropalı müttəfiqlərinin 12 May tarixinə qədər müqavilədən çəkilməməsi üçün Trumpı təsir etməsi lazımdır.

Trump müqaviləni “dəlilik” kimi səciyyələndirmişdi.

Keçmiş Amerika rəhbərliyinin liderlik etdiyi müqavilənin imzacı-ları arasında Rusiya və Çin də var. İngiltərə, Fransa və Almaniya müqavilənin davamı üçün son həftələrdə intensiv səhnənin işləri apardı.

Boris Johnson müqavilənin zəif tərəfləri olduğunu, ancaq bunların yaxşılaşdırılmasını, İngiltərənin ABŞ, Fransa və Almaniya ilə bu sahədə çalışdığını söylədi.

Johnson Vaşinqtonda ABD prezident yardımcısı Mike Pence, Milli Təhlükəsizlik Müşaviri Jhon Bolton və ABD Konqresindən üzvlərlə görüşəcək.

Comments,Baxışınız
oguz gif telegram