/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Fransa:İran heç vaxt nüvə silahına yiyələnməməlidir.
İran, regionda yürütdüyü dağıdıcı siyasəti ilə bizi Orta Şərqdə yeni bir savaşa sürükləməməlidir.

Fransa:İran heç vaxt nüvə silahına yiyələnməməlidir.

OğuzTV:Vaşinqtonda səfərdə olan Fransa prezidenti Emmanuel Makron, aprelin 25-də Amerika Konqresində çıxış edərək, Qərblə İran fars rejimi arasında imzalanmış nüvə sazişindən və ona düzəlişlər edilməsinin vacibliyindən və  İranın Orta şərqdə yürütdüyü siyasətindən danışıb.

Makron deyib ki, Fransa nüvə sazişini imzalayan tərəflərdən biri olduğu üçün ondan çıxmaq niyyətində deyil: “Biz, prezident Trampla qərara gəlmişik ki, daha mükəmməl bir sazişin əldə olunması məsələsi üzərində işləyək.
Hesab edirik ki, İran heç vaxt nüvə silahına yiyələnməməlidir. Düşünürəm ki, Birləşmiş Ştatlarının və Avropa ölkələrinin İranın nüvə fəaliyyəti ilə bağlı nigaranlığı aradan qaldırılmayana qədər, Amerika bu sazişdən çıxmamalı, onda qalmalıdır.

Düzdür, əldə olunan bu saziş ola bilsin ki, hamını qane etmədiyinə görə, bəzi nigaranlıqlara səbəb olur. Lakin hesab edirəm ki, biz daha möhkəm və mükəmməl alternativ bir  razılaşmaya nail olmayana qədər bu sazişdən imtina etməməliyik. B
u mənim şəxsi mövqeyimdir. Hamı üçün hədəf bəllidir. O da budur ki, İran nəyin bahasına olur-olsun, nüvə silahına yiyələnməməlidir. Nə indi, nə 5 ildən sonra, nə 10 ildən sonra, nədə ki, heç vaxt.

 

İran, regionda yürütdüyü dağıdıcı siyasəti ilə bizi Orta Şərqdə yeni bir savaşa sürükləməməlidir. Düşünürəm ki, biz, bütün region üçün faydalı olan daha mükəmməl bir sazişi əldə edə bilərik. Elə bir razılaşma ki, bölgədə yaşayan bütün insanların suallarına cavab verərək onların İranın nüvə fəaliyyəti ilə bağlı nigaranlığına son qoysun”.

 

Qeyd edək ki, Amerika prezidenti Donald Tramp, Amerikanın nüvə sazişində qalıb-qalmayacağını yaxın həftələrdə elan edəcək.Xatırladaq ki, son günler İran rəsmiləri, o cümlədən də,  Molla Həsən Ruhani, xarici işlər naziri Məhəmmədcavad Zərif və İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkber Salehi ayrı-ayrılıqda qıcıqlandırıcı bəyanatlar səsləndirərək bildiriblər ki, əgər Vaşinqton nüvə sazisindən cıxsa, rəsmi Tehran əvvəlki nüvə fəaliyyətini yenidən bərpa edəcək.

Comments,Baxışınız
oguz gif telegram