/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Fransa:iran üçün yeni Təhrimlər yoldadır
Fransa:iran üçün yeni Təhrimlər yoldadır

Fransa:iran üçün yeni Təhrimlər yoldadır

OğuzTV:Fransanın xarici işlər naziri Jan İv Le Drian, martın 4-də Tehrana səfərindən bir neçə saat əvvəl jurnalistlərə açıqlamasında İran molla rejiminin ballistik raket proqramından və bu ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmasından danışıb.

Jan İv Le Drian deyib ki, əgər rəsmi Tehran, beynəlxalq ictimaiyyətin nigaranlığına səbəb olan ballistic raket proqramı ilə bağlı sualları cavablandırmaqdan boyun qaçırsa, İrana qarşı yeni Təhrimlər (sanksiyalar-Yapdırımlar) tətbiq ediləcək: “İran ballistic raket proqramını davam etdirir. Bu raketlər, neçə min kilometr məsafəni qət etmək gücünə malikdir.

Bu isə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri pozur. Bu, İranın öz sərhədlərini qorumaq üçün lazım olan məsafədən qat-qat çoxdur. Hesab edirik ki, əgər bu problem öz həllini tapmasa və İran BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmağı davam etdirsə, bu ölkə, yeni sanksiyalar təhlükəsi ilə üz-üzə qalacaq”.

Qeyd edək ki, Tehrana iki günlük rəsmi səfərində, Jan İv Le Drianın İran prezidenti Həsən Ruhani, Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani və xarici işlər naziri Məhəmmədcavad Zəriflə görüşü gözlənilir. Görüşdə, iki ölkə arasında qarşılıqlı əlaqələr, beynəxalq və regional məsələlər barədə danışıqlar aparılacağı bildirilir.

Fars molla rejiminin Silahlı Qüvvələrnin baş qərargah rəisinin müavini Məsud Cəzayiri, Fransa xarici işlər nazirinin Tehrana səfərindən bir gün əvvəl (martın 3-də) jurnalistlərə açıqlamasında ölkənin raket proqramı haqda danışıqlar aparılması üçün İranın şərtindən danışıb: “İranın raket proqramının gücünün məhdudlaşdırılması üçün səsləndirilən bəyanatlar, amerikalıların regional məğlubiyyətlərinin nəticəsidir. Bu, onların əlçatmaz arzularıdır. İranın raket proqramı barədə müzakirələr aparmaq üçün bizim Qərbə bir şərtimiz var: Əvvəlcə Amerika və Avropanın nüvə silahları və onların uzaqmənzilli raketləri məhv edilməlidir”.

Comments,Baxışınız
oguz gif telegram