/  
Ön yapraq » Oğuz xəbər » Gənclərdən “20 yanvar” çağrışı

Gənclərdən “20 yanvar” çağrışı

Oğuz TV: Quzey Azərbaycanın Milliyyətçi Gənclər Təşkilatı sabah 1990-cı il 20 yanvar tarixində Bakıda sovet ordusu tərəfindən törədilmiş qətliam zamanı Şəhid olan soydaşlarımızı anmaq üçün “Şəhidlər Xiyabanı”nı ziyarət edəcək.

Təşkilat Facebook sosial şəbəkəsində yaratdığı çağrışda bütün vətəndaşlarımıza səslənərək bu yürüşə qatılmağa çağrır. Çağrış mətni belədi:

“Qanları, canları ilə bizə azadlığımızı bəxş etmiş “20 Yanvar” şəhidləri üçün, vicdan borcumuz olaraq, hər il olduğu kimi, bu il də milliyyətçi, vətənpərvərlər olaraq birlikdə anım yürüşü təşkil edəcəyik. Şəhidlərimizi yad etməyə birlikdə, toplu şəkildə getmək istəyən hər kəs, 20 yanvar günü saat 13:00-da Elmlər Akademiyası metrosunun çıxışı önündə ola bilər. Birlikdə toplaşıb Şəhidlər Xiyabanına doğru yürüş edəcəyik.”

Xatırladaq ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Sovet ordusu Bakıya girərək əliyalın xalqa divan tutdu. O gecə Azərbaycan Türklərinin sovet tanklarının qarşısına qorxmadan çıxması birdaha  bu xalqın mübarizliyini sübut etdi.

Sabah isə bu Qəhrəmanlıq tariximizdən 26 il keçir.

Comments,Baxışınız
oguz gif telegram