/  
Ön yapraq » Oğuz xəbər » Generallar toplantısına müxaliflərin basqını

Generallar toplantısına müxaliflərin basqını

Oğuz TV: Suriyanın Türkiyə sərhədindəki Türkmandağı bölgəsində, rus və Əsəd rejiminin  generallarının bir araya gəldiyi toplantıya  təşkil edilən basqında 8-i general rütbəsi daşıyan 15 əsgərin öldürüldüyünü iddia etdi.

Oğuz TV-nin Anadolu Ajansından aldığı bilgiyə görə, Türkmandağındakı müxalif mənbələrin verdiyi məlumatda  13 bəhməndə bölgədəki hücumların vəziyyətini və planlamasını  danışmaq üçün axşam saatlarında, havanın sisli olduğu bir anda, Duveyrik və Səlma bölgələri arasında çox sayda yüksək rütbəli  generalın iştirakı yığıncaq hazırlandı.

Silahlı müxaliflər, toplantının yerini öyrəndikdən sonra toplantıya basqın edərək, 4-ü rus və 4-ü Əsəd rejiminin generalı olmaqla 15 hərbiçini  öldürdülər.

Hücumda öldürülən  rus generallardan birinin, Türkmandağındakı hücumları düzənləyən “Yuri” ləqəbli bir general olduğu söylənilir.

Müxaliflərin basqınında öldürülən Əsəd rejiminin  generalları isə bunlardı:  Amid Munzur, Əli Cabir və Əli Umran .

Comments,Baxışınız
oguz gif telegram